Nazirlik əməkdaşları dəhşətli qəzaya düşdü: 4 ölü – VİDEO
Tarix: 27-08-2015 | Saat: 11:52
Bölmə:M / Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Aşan avtomobildən 8 saat kimsənin xəbəri olmayıb.
Şəkidə dəhşətli yol qəzası baş verib.
Xəbəraz.az Region TV-yə istinadən xəbər verir ki, hadisə Şəki-Qax yolunun 17-ci km-də Şəkinin Göynük kəndi ərazisində qeydə alınıb.
Belə ki, qəza zamanı Şəki sakini Əlizadə Elşən Akif oğlu idarə etdiyi 99-GK-948 dövlət nömrə nişanlı “Saypa” markalı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.
İdarəetmədən çıxan avtomobil bir neçə dəfə yuvarlanaraq yol kənarındakı dərəyə aşıb. Nəticədə sürücü ilə yanaşı avtomobildə olan sərnişinlər Şəki sakinləri Abdullayev Araz Gündüz oğlu, Sədiyev Asif Çingiz oğlu və Şəkinin Aşağı Göynük kənd sakini Mustafayev Seymur Hüseyn oğlu aldıqları bədən xəsarətləri nəticəsində elə hadisə yerindəcə dünyalarını dəyişiblər.
İlkin məlumatlara görə qəza zamanı ölən şəxslər gecə saatlarında Qax rayonundan toy mərasimindən gəliblər. Qəzanın ilkin olaraq yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur. Qeyd edək ki, qəza gecə saatlarında baş versə də, hadisədən ancaq səhər saat 8 radələrində xəbər tutulub.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırmalar aparılır.
Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən 4 nəfər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki penitensiar müəssisənin əməkdaşlarıdır.
Xəbəri paylaş
6208 dəfə oxunub.
Digər xəbərlər

12-06-2016, 18:59
Göygöldə qəza: ölən var
31-03-2015, 21:07
NATO-da Ermənistana qarşı sərt sanksiya tələbi
14-04-2016, 13:57
Türkiyədə 17 terrorçu tutuldu
8-01-2016, 11:14
Avtomobil istehsalında inqilab - Foto Video
14-05-2020, 01:08
Bərdədə " Vaz 2107" markalı minik avtomobili "Traktorun " qoşqusuna çırpılıb nəticədə 2 nəfər xəsarət alıb
4-11-2015, 18:53
Vladimir Putin Leyla Əliyevaya medal təqdim etdi
10-06-2016, 00:18
Cavid Qurbanov: “Azərbaycan Mumbaydan Moskvaya yük qatarı yola salacaq”
17-07-2016, 23:51
Türkiyə səfiri: “Ağlını itirmiş insanlar...” – Video
24-08-2017, 17:50
Azərbaycanlı aktrisa türk cərrahla ailə qurur - FOTO