Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cavid Qurbanov: “Azərbaycan Mumbaydan Moskvaya yük qatarı yola salacaq”
Tarix: 10-06-2016 | Saat: 00:18
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Cavid Qurbanov: “Azərbaycan Mumbaydan Moskvaya yük qatarı yola salacaq”
Azərbaycan bu yaxınlarda Şimal-Cənub dəhlizi üzrə Mumbaydan Moskvaya yük qatarını yola salacaq.
"Xəbəraz.az " xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. “Bu proses avqust ayının sonunda baş tutacaq. Qatar Mumbaydan çıxaraq Bəndərabada, daha sonra İrana, oradan Rəştə yola düşəcək. Rəştdən isə yüklər Azərbaycana avtomobillə daşınacaq. Astaradan Rusiyaya qədər yüklər yenidən qatarla daşınacaq. Bu yüklər Azərbaycan-Rusiya dəmir yollarının birgə layihəsi və əməkdaşlığı çərçivəsində həyata keçiriləcək”, – deyə C. Qurbanov bildirib.
Onun sözlərinə görə, ikinci qatar isə iyul-avqust aylarında Çinin şimal hissəsindən Qazaxıstan və Azərbaycandan keçməklə Gürcüstanın Poti limanına çatdırılacaq. Bu yüklərin daşınması Azərbaycan Dəmir Yolları və “BHL” şirkəti ilə birgə həyata keçiriləcək. Yüklərin müəyyən qisminin daşınması Potidən Vikinq marşrutu üzrə davam etdiriləcək.


Xəbəri paylaş

1 2888 dəfə oxunub.

Digər xəbərlər
8-11-2017, 12:35 Leysan olacaq

bütün xəbərlər
____ Instagram ___