Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan “Qətiyyətli cavab” əməliyyatı: 200-ə qədər erməni hərbçisi məhv edilib
Tarix: 13-09-2022 | Saat: 11:02
Bölmə:M / Karusel / Gündəm | çapa göndər




Bakı vaxtı ilə saat 9:15-də Azərbaycan ordusunun “Qətiyyətli cavab” əməliyyatı uğurla başa çatıb.

Caliber.Az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, əməliyyat ən qısa müddətdə, ən yüksək peşəkarlıq və zərgər dəqiqliyi ilə həyata keçirilib (mülki obyektlərə ziyan dəyməyib).

Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın bütün hərbi infrastrukturu ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib və onun bərpası üçün illər lazım olacaq.

Ermənistan ordusunun itkiləri 150-200 nəfər arasında dəyişib, ölənlər, yüzlərlə yaralı da var. İki "S-300" hava hücumundan müdafiə sistemi məhv edilib, dəyəri yarım milyard dollardan çox olan avadanlıq darnadağın edilib.

Azərbaycan ordusu sərhəd zolağında delimitasiyası olmayan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib.

Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da vizual və atəşlə nəzarətə götürülüb.

Qeyd edək ki, Azərbaycanın başqa dövlətin ərazisini işğal etmək niyyəti yoxdur, lakin onun sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün ən qətiyyətli tədbirlər görüləcək.

Şəhidlərimizin qanı qisassız qalmadı, erməni tərəfinə “Qətiyyətli cavab” verildi.




 


Xəbəri paylaş

4118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___