Bərdədə 18 yaşlı qız ailəsi tərəfindən fiziki zorakılığa məruz qalıb.
Bərdə rayon sakini 2003-cü il təvəllüdlü Ə.Y-nin anası Şəlalə İsmayılova və tanışı Ruslan Rzayev tərəfindən yaşadığı evin sanitar qovşağına zəncir ilə dəmir boruya bağlanıb. Hadisədən xəbər tutan qonşular Bərdə rayon Polis Şöbəsinə xəbər veriblər.
Hadisə yerinə gələn polis əməkdaşları ayağından zəncirlə boruya bağlanan qızı və adı çəkilən şəxsləri polis şöbəsinə aparıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Bərdə rayonunda yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Ə.Y.-nın fiziki zorakılığa və istismara məruz qalması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar RPŞ-nin istantaq-əməliyyat qrupu hadisə yerində olub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Ə.Y.-nın anası Şəlalə İsmayılova və onun tanışı Ruslan Rzayevlə birgə yaşadığı evdə yetkinlik yaşına çatmayan qızı tərbiyələndirmək məqsədi ilə sanitar qovşaqda ayağını zəncirlə dəmir boruya bağlayıblar.
Faktla bağlı adı çəkilən şəxslər RPŞ-yə gətirilib, onların izahatları alınıb, müvafiq ekspertiza təyin olunub.
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Azərbaycanda ana və tanışı 18 yaşlı qızı tualetdə zəncirlə bağladı
Tarix: 23-07-2021 | Saat: 16:37
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
3138 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 23-07-2021 | Saat: 16:37
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
16-05-2018, 10:58
20 yaşlı gəlin intihar etdi
9-04-2017, 17:50
Azərbaycan və Türkiyə turizm sahəsində birgə işlər görəcək
24-10-2015, 18:52
Mərkəzi Bankda "əlavə dəstək" müzakirəsi
15-06-2016, 14:54
Rusiya yeni sanksiyalardan xilas olur
18-02-2017, 11:03
Azərbaycanlı vəkil Rusiyada həbs edildi: 1,5 milyonluq dələduzluq
26-01-2023, 13:22
Dırnaq qurudan aparat xərçəng riski YARADIR
31-05-2016, 14:34
Nazarbayev: “Ağır şərtlərə baxmayaraq...”
31-12-2018, 10:42
“Maşın Şou”: Qalib bəlidir!
30-05-2019, 13:56
"WhatsApp"dan daha bir yenilik