Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qaradağ Ez” şirkətinin keyfiyyətsiz sementləri- Kürəkən nəzarət edir...
Tarix: 26-05-2022 | Saat: 11:37
Bölmə:M / Karusel / Gündəm / Araşdırma / Xəbəraz TV | çapa göndər



İllər öncə  Bakının  Yasamal rayonunda  bina çökəndə  və fəhlələr  həlak olanda Gündəlik-Bakı olaraq yazdıq ki, binanın tikintisində istifadə olunan sement keyfiyyətsiz olub.
Bəli, vaxtilə  İnşaat  materiallarını araşdıran  elmi-tədqiqat institutu var idi, indi də olmalıdır...
Həmin institut  rəy vermədən, nə sement, nə  kubik, nə kərpic tikintidə istifadə oluna bilməzdi.
Amma müstəqillik dönəmində  kim necə istəyirsə şirkət açıb  daş-qum-çınqıl sexi işlədir və tikinti materiallarının heç biri  konkret olaraq  institut tərəfindən razılıq almadan istifadə olunur.
Ekspertlər hətta   tikintidə istifadə olunan  armaturların  zəif bir zəlzələyə davam etməyəcəyini dəfələrlə mediaya bildiriblər.
Sözün qısası, bu gün tikilən binaların  nə dərəcədə dözümlü olmasını gələcək  müəyyən edəcək.
Belə  saxta   sement  satan şirkətlərdən biri də “Qaradağ Ez” adlı şirkətdir.
Ümumiyyətlə, Azərbaycanda tikintilərdən sonra evlərdə çatların əmələ gəlməsi, ciddi problemlərin yaranması istər mütəxəssislər tərəfindən, istərsə də sadə insanlar tərəfindən sementin keyfiyyətsizliyi ilə əlaqələndirilir. Bəzi şəxslər iddia edirlər ki, sement az vurulur və ya məsul şəxslər sementi “yeyir”.
Əslində məsələ sementin azlığında və ya çoxluğunda yox, keyfiyyətsiz olmasındadır.
Hər bir məhsulun üzərində onun istehsal tarixi və istifadə müddəti yazılmalıdır. Bu qanunla tənzimlənir.
Məsələ ondadır ki, “Qaradağ Ez” adlı şirkətin istehsal etdiyi sementlərin üzərində istifadə müddəti göstərilmir. Bu da qiyməti digər firmalardan aşağı edən şirkətin əslində istehlakçılara istehsal müddəti keçmiş sement satdığı iddiasını ortaya çıxarır.
Araşdırma zamanı məlum olur ki, digər sement şirkətləri istehsal etdikləri sementlərin üzərinə tarix və 60 günlük zəmanət qoyur. Ancaq “Qaradağ Ez” adlı şirkət nəinki bunu edir, hətta topu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin üzərinə atır. Yəni, dövlət qurumunu öz saxtakarlıqlarına ortaq edirlər. Bəlkə də ortaqdılar....
Xidmətin bu ittihama cavab verməməsi də, ciddi suallar doğurur.
Mediada  yayılan məlumatdan bəlli olur ki,  “Qaradağ Ez” adlı şirkətin sahibi Anar Ağayevdir. Anar Ağayev və şirkəti barədə araşdırma aparanda məlum olur ki, 2016-cı ildə 1 Saylı Bakı Məhkəməsinin qərarı ilə “Qaradağ Ez” şirkətinin satışı qadağan olunub. Saxtakarlıq ittihamı “Qaradağ Ez” üçün yeni deyil. Həmin vaxtda “Qaradağ EZ Speak” şirkəti saxta sement istehsal etdiyi və satışa çıxardığı üçün qadağan olunub. Məsələ ondadır ki, həmin qərara rəğmən şirkət yenə fəaliyyətini davam etdirib. Məhkəmə qərarı olmasına rəğmən Anar Ağayev bazardan və əməlindən nəinki çəkilib, hətta müştərilərini arxayın edib ki, növbəti məhkəməni udacaq. Məhz havadarları sayəsində qanunsuz sement istehsalı ilə məşğul olan Anar Ağayev külli miqdarda sərvət toplaya bilib.
Görəsən Anar  Ağayevin hətta məhkəmə qərarlarını saymamasının səbəbi nədir..?
Mediada yayılan məlumatlardan bəlli olur ki, Anar Ağayevin arxasında dayanan şəxs, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin  kürəkənəni,  keçmiş millət vəkili İlham Əliyevdir.
İddialara görə, neçə ildən bəri sabiq deputat Anar Ağayevə “krişalıq” edir, şəxsi əlaqələrindən istifadə edərək şirkətin saxtakarlıqlarına qanuni don geyindirir və təbii ki, qarşılığında payını alır.
Bu səbəbdən də, Anar Ağayev hər yerdə adamlarının güclü olduğunu və istədiyi kimi davranacağını deyir. Anar Ağayev arxasındakı şəxsə o qədər güvənir ki, dövlətə, dövlət qurumuna belə meydan oxuya bilir.
Anar Ağayevə  hər yerdə “xozeyin”  deyə müraciət  edirlər.
Bu adam  003 dövlət nömrə nişanlı bahalı maşın kolleksiyasına sahibdir.
Bu adamı tanıyanlar bilir ki,  bu adam “saat manyakı”dır, qolundakı saatın  qiyməti 10-15 min  manatdır.
Barəsində məhkəmə xəbərdarlığı olan  Anar Ağayev  hətta Ramiz  Mehdiyevi  sanki əvvəlki  nüfuzunda  qəbul edərək, ölkə qanunlarına meydan oxuyur.
Amma anlamır ki, Ramiz Mehdiyevlərin  qatarı çoxdan gedib.
Yəqin ki, İqtisadiyyat  Nazirliyi, Vergi Dövlət Xidməti  və digər dövlət qurumları “Qaradağ Ez”  şirkəti ilə bağlı öz sözlərini deyəcəklər.
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

(https://gundelik-baku.com/)

90()




2458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___