Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru Xəndan Əhmədovun əməlləri... - Direktorun dəyəri milyonlar olan “SLAYT” restoranı...
Tarix: 14-04-2022 | Saat: 13:28
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər

Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru  Xəndan Əhmədovun əməlləri... - Direktorun  dəyəri milyonlar olan  “SLAYT” restoranı...





İndi haqqında bəhs edəcəyimiz  keçmiş fizika müəllimi, hazırda  Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru olan  Xəndan Əhmədov  haqqına media üzərindən  araşdırma aparan zaman maraqlı məlumatlara rast gəldik. 
Bu adam özü barəsində nə qədər  “bəy tərifi”  yazdırıb, az  qala  özü haqqında bəzi  “mirzə”lərə sifariş edərək  özünü vəsf etdirib. 
Gəlin, görək,  cənab Xəndan Əhmədov həqiqətənmi həmin tərfilərə layiq əməllərin sahibidir. 
Birincisi, ondan başlayaq ki, Sumqayıtı az-çox tanıyanlar bilir ki, şəhərdə yüksək gərginlikli  elektrik xətlərinin altında kifayət qədər  ticarət və ictimai-iaşə obyektləri var. Ki, bunların hamısı  boş yerdən yaranmayıb, yəni  nəyinsə qarşılığında  həmin qadağan olunmuş   sahədə lövbər salıblar. 
İkincisi, illər uzunu Sumqayıt işıq idarəsində çalışan və dövlətdən  konkret miqdarda əmək haqqı alan Xəndan Əhmədov dəyəri milyonlar olan  və dəniz sahilində yerləşən  “SLAYT”  restoran və istirahət mərkəzini hansı pulla  yaradıb..? 
Bəlkə babasından  xəzinə qalıb, yaxud  özü xəzinə tapıb. 
Axı, bütün dünyada  Xəndan Əhmədov kimi məmurlar hər ay gəlirləri barədə  bəyannamə  verirlər. 
Görəsən, sabah bu məsələ ölkəmizdə işə düşsə, Xəndan Əhmədov o bəyannaməyə nə yazacaq..?
Deyəcək ki,  milyonlarla dəyəri olan restoranı işıq satmaqla əldə etmişəm..? 
Təsəvvür edirsiniz,  Xəndan Əhmədov  həmin bu bahalı restoranını  bir iş adamına ayda 30 min manata icarəyə verib. 
İş adamı isə restoranın yenidən qurulması üçün 1 milyon xərcləyərək  restoranı daha  “prestijli” edib. 
İndi Xəndan Əhmədov  iki ayağını bir başmağa dirəyib ki, mənim restoranımı tərk elə...
Biçarə iş adamı deyir ki, axı, biz belə danışmamışdıq. Çıx deyirsənsə, onda xərclədiyim  1 milyonu qaytar. 
Xəndan Əhmədov isə həmin iş adamının pulunu vermir və məsələ  ciddi  şəkildə narazılıq yaradıb. 
Bütün bunlar azmış kimi Xəndan Əhmədovun oğlu  polis mayoru  Aqşin Əhmədov  bu ilin yanvar ayında, cənab Daxili İşlər Naziri, general-polkovnik  Vilayət Eyvazovun əmri ilə polis orqanlarından  qovulub. 
Rəsmi məlumatda  qeyd edilir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
Qeyd edək ki, həmin bölmədə xidməti yoxlama aparılıb. Yoxlama nəticəsində nöqsanlar aşkarlanıb və bir neçə polis zabitinə töhmət verilib. 
Özəl məlumatlara görə, isə  Aqşin Əhmədov birtəhər həyat tərzi sürüb və kifayət qədər qanunsuzluqlara yol verib. 
Məlumat üçün onu da qeyd edək ki, Aqşin Əhmədov əvvəllər  Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsində rəis  müavini olub. 
Bir sözlə,  ata-oğul Əhmədovların məsələsi deyəsən  bitmək üzrədir. 
Özəl mənbədən daxil olan məlumata görə, Xəndan Əhmədov yaxın zamanda  həbs olunacq. 
Həbsə səbəb isə  ata və oğulun törətdiyi  qanunsuz əməllərdir. 
Yazıda bəzi saytların məlumatlarından istifadə edilib. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardı var.
MƏNBƏ -https://gundelik-baku.com/












2598 dəfə oxunub.

Digər xəbərlər
18-08-2022
bütün xəbərlər
____ Instagram ___