Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
QOCA QARTAL ləqəbli Mayor Ağamalıyevi tanıyaq!
Tarix: 14-04-2022 | Saat: 13:08
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt / Ekskluziv | çapa göndər



Ağamalıyev Sevindik- Azərbaycanımızın cənub bölgəsi, daha dəqiq Yardımlı  rayonundandır. Hərbi xidmətinə Ali gizirlər məktəbindən Xidmət kursu keçərək bu çətin və  şərəfli peşəyə başlayan Sevindik Ağamalıyev 1988 ci ildən başlanan l Qarabağ savaşının da yaxından iştirakçısı olmuş, daha sonra  MN - nin Naxçıvan Qarnizonunun müxtəlif hərbi hissələrinə təyinat almışdır. Buranın ən sərt iqlimli Qapıcıq, Böyüksoyuq, Kiçiksoyuq dağ silsiləli yüksəkliklərində düşmən mövqelərilə  bir daha üzbəüz vətən torpaqlarının  müdafiəsində xidmət keçmiş, burada olduğu illər ərzində 2000-ci illərin sərt qarlı bir qışında Sevindik Ağamalıyev  bu  əlçatmaz yüksəkliklərin birində qar uçqununa düşərək , əsgərlərini müdafiə edib onları bu təhlükəli situasiyadan qurtarmaq üçün düşdüyü mühitə uyğun hərbi manevrlər edərək onların sağ qalması naminə geri , hərbi məntəqəyə qayıtması əmrini vermiş, bir neçə müddətdən və xeyli müxtəlif cəhdlərdən sonra qar altında qalan gizir Ağamalıyevi həlak olmuş sananlar, möcüzə nəticəsində onun sağ qalmasının şahidi olurlar. Hərbi komandanlığın bucür möcüzənin baş verməsini , ələlxüsus da Ağamalıyev Sevindiyin bucür rəşadətini yüksək qiymətləndirərək ona  gizir rütbəsindən kapitan rütbəsinin təyin edilməsi əmrini vermişdir.
Daha sonra artıq gizir yox, kapitan Ağamalıyev Sevindik    bölük komandiri kimi çətin vəzifəni öz üzərinə götürərək  xidmətə bir daha davam edir.
Burada da o,  yeni hərbi sıralara daxil olan əsgərlərin döyüş hazırlığını təşkil etmək məqsədilə bunu bir missiya olaraq öz üzərinə götürən kapitan Ağamalıyev Naxçıvan hərbi korpusunda xeyli müddət xidmətinə davam edir .
MN- nin müvafiq əmri ilə daha sonra Kapitan Ağamalıyev Bakı Qarnizonundakı hərbi hissələrinə daha məsuliyyətli vəzifəli olan  zabit xidmətini davam etdirməyə başlayır.
Məlum 44günlük 2020ci il 27 sentyabrdan başlanan Haqq savaşına öz arzu istəyilə qatılan Kapitan Ağamalıyev, 30 il işğalda qalan Qarabağımızın azad olunması naminə Ali baş komandanın döyüş əmrinə müqəddəs borc kimi baxaraq bir daha Qarabağda başlanan geniş iri hərbi əməliyyatlara qatılır. Savaşın ilk günlərindən düşmən müdafiəsinin darmadağın edilərək yarılmasında,  Kəlbəcərin Murov yüksəkliyinin mənfur düşməndən geri alınmasında uğurlu əməliyyatlar keçirən Kapitan Ağamalıyev ,bir daha zabit peşəsini və təcrübəsini həyata keçirərək düşmənin bir sıra hərbi  texnika və canlı qüvvəsinin darmadağın edilməsində  şücaət göstərmiş, yaşının çox olmasına baxmayaraq bir daha çevikliyi və mübarizliyi ilə seçildiyindən ona burada QOCA QARTAL təxəllüsü də verilir.
8noyabr Şuşanın azad olunmasıyla bitən Zəfər günündə də bütün bu xidmətləri nəzərə alınaraq Silahlı qüvvələrin Ali baş komandanı, cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ona Murovdağ yüksəkliyinin və bir neçə məntəqələrinin azad olunması uğrunda medalları təqdim edilməklə Mayor rütbəsi  də təqdim olunur. Bütün bu şərəfli döyüş və hərbi xidmət həyatını özünə müqəddəs borc bilən Mayor Ağamalıyev Sevindik cəmi vətənimizə tarixi Zəfər sevincini yaşatmaqla artıq hərbi ehtiyatlı təqaüdə buraxılmışdır. 
Birdaha müqəddəs torpaqlarımız uğrunda canını fəda edib şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət, sağ qalıb Zəfər sevincini bizlə ,cəmi Azərbaycanla birgə yaşayan Mayor Ağamalıyev Sevindiklə onun timsalında olan  bütün hərbi qulluqçularımıza başda Ali Baş komandan Cənab İlham Əliyev olmaqla , uzun ömür,  möhkəm can sağlığı arzulayırıq!  

Xəyyam Qurbanlı.





Xəbəri paylaş

4628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___