Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SON DƏQİQƏ - Rusiya-Ukrayna müharibəsi başlandı? - uşaq bağçası da atəşə tutuldu - FOTOlar
Tarix: 17-02-2022 | Saat: 14:42
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Ukrayna ordusu ilə separatçı "Donetsk və Luqansk Xalq respublikaları"nın təmas xəttində gərginlik davam edir. 
Ukrayna mediasına istinadən xəbərinə görə, Ukrayna Birləşmiş Qüvvələr Əməliyyatı Mərkəzi ötən sutka ərzində Donetsk və Luqansk separatçılarının atəşkəsi 8 dəfə pozduğunu açıqlayıb. Diqqətə çatdırılıb ki, separatçılar Luqank, Novozvanovka, Lobaçevo və Vodyanoy yaşayış məntəqələrini atıcı silahlardan və minaatanlardan atəşə tutub. Qarşı tərəfdən isə bildirilib ki, Ukrayna ordusu 2 saat ərzində 9 yaşayış məntəqəsini atəşə məruz qoyub. Donbasdakı separatçılar "DXQ"nin nəzarəti altında olan Kominternovo, Oktyabr, Novolaspa, Petrovskoe, Veselenkoe və "LXR"nın isə Nijne Lozovoe, Sokolniki, Donetskiy və s. yaşayış məntəqələrində Ukrayna ordusu ilə atışmaların olduğunu açıqlayıb. Atışmalarda qumbaraatanlar və minaatanların işə salındığı da vurğulanıb.
KİV-in yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələri Luqansk stansiyasını artilleriya qurğularından atəşə tutub. Mərmilərdən biri uşaq bağçasına düşüb. Məlumata görə, mərmi atılan zaman bağçada uşaqlar olub. Nəticədə iki qadın bədən xəsarəti alıb. Baş verənləri şərh edən Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Donbas ətrafında vəziyyətin gərginləşdiyini bildirib. Əlavə edib ki, Kiyev hökuməti son sutka ərzində Donbas ətrafında gərginliyi artırıb. Peskov onu da deyib ki, Rusiya sərhədləri yaxınlığında vəziyyət hər an alovlana bilər.

Məqaləyə dair fotomateriallar:










Xəbəri paylaş

5438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___