"O, Rusiyanın bir nömrəli agentidir".
Bu sözləri sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqov haqqında danışarkən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
Hafiz Hacıyev Nəcməddin Sadıqovu döydüyünü iddia edib:
"Nəcməddin Sadıqov Azərbaycan xalqına xəyanət etmiş bir insandır. Ermənilərin toropaqlarımızı işğal etməsində, faciələrimizin hamısında Nəcməddin Sadıqovun rolu var.
Mən Nəcməddin Sadıqovu bizim hakimiyyətimiz dövründən tanıyıram. O vaxt Kəlbəcər rus-erməni qoşunları tərəfindən işğal ediləndə "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri idim. Xanlarda (İndiki Göygöl rayonu - red.) Kəlbəcər camaatının yerbəyer edilməsi üçün qərargah yaradılmışdı. Onda Sadıqov sıravi işçi idi. Nəcməddin Sadıqovu Xanlar rayonunda döymüşəm. Hərbçilərimiz Murov dağında pis gündə idilər. Ayaqları suyun içində, üzlərini qırxmamışdılar-filan. Nəcməddin Sadıqov əsgərləri döyəndə mən də onu döydüm. O vaxtı mənim nazir səlahiyyətindən böyük vəzifəm var idi. Mən elə o vaxtdan tanıyıram onu. O, Rusiyanın agentidir. Nəcməddin Sadıqov təcili şəkildə həbs edilməlidir".
N.Sadıqovun qəzaya düşməsi barədə məlumata reaksiya verən partiya sədri bildirib ki, Müdafiə Nazirliyindəki həbslərə sabiq BQR-lə başlamaq lazım idi:
"İndi də qəzaya düşüb. Allah eləyəydi, heç sağ çıxmayaydı. Maşınından da 10 min dollar çıxıb. Bu onun üçün xırda bir şeydir. Silah, insan alveri, torpaqların satılması ilə məşğul olub və milyardları var. Bu milyardlar onun əlindən alınmalıdır. Bu gün Müdafiə Nazirliyində həbslər başlayıb. Hesab edirəm ki, birinci Nəcməddin Sadıqovdan başlamalı idilər. Nə qədər ki belə insanlar var, demək, dövlətimizə qarşı təhlükə də qalır. Əlimdə ciddi faktlar var. Ramiz Mehdiyevin də Nəcməddin Sadıqovla çox böyük əlaqələri var. Onlar yaralanıblar, indi də heyfini çıxmaq istəyirlər. Məqsəd odur ki, hərbidə anarxiya yaratsınlar".
Hafiz Hacıyev Nəcməddin Sadıkovu döyüb: “Hərbçilərimiz Murovda pis gündə idilər”
Tarix: 17-02-2022 | Saat: 11:02
Bölmə:M / Karusel / Gündəm / Aktual | çapa göndər
Xəbəri paylaş
5658 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-02-2022 | Saat: 11:02
Bölmə:M / Karusel / Gündəm / Aktual | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
14-03-2020, 20:02
Prezidentlər danışıb, razılığa gəldilər: gediş-gəliş məhdudlaşdırıldı
14-02-2019, 15:55
AzTV-yə 3 milyon ayrıldı - SƏRƏNCAM
6-01-2017, 19:41
Azərbaycanın ən gözəl qızı imicini dəyişib sarışın oldu - FOTOLAR
21-06-2015, 14:40
«Zorlayır, sonra da başqalarına ötürürdülər...»
3-11-2017, 10:06
Tuba gözəlliyi ilə hər kəsi heyran qoydu- Fotolar
27-04-2016, 01:59
“Arıqlamağım mənə 200 minə başa gəldi“
16-09-2017, 14:45
Aşıq Ədalətin oğlu atasına Fəxri Xiyabanda yer verilməməsindən danışdı
2-04-2015, 12:04
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri görüşdü – FOTO
5-12-2016, 18:40
Son dəqiqə: Türkiyədə güclü YANĞIN: ölən və yaralılar var - VİDEO