ƏHALİYƏ ŞAD XƏBƏR: Bakı metrosuna kondisionerli vaqonlar gəlir - Fotolar
Tarix: 04-06-2019 | Saat: 14:59
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Rusiyanın "Transmaşholdinq” Səhmdar Cəmiyyəti Azərbaycana yeni metro vaqonları göndərib.
Xəbəraz.Az xəbər verir ki, iyunun 4-də Moskva vilayətinin Mıtişi şəhərindən Bakıya yeni metro vaqonlarının ilk partiyası yola salınıb. Bu münasibətlə keçirilən təntənəli tədbirdə "Transmaşholdinq” Səhmdar Cəmiyyətinin baş direktoru Kiril Lipa, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov, "Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin baş direktoru Boris Boqatıryov, KİV nümayəndələri iştirak ediblər.
Bakıya hər biri 5 vaqondan ibarət iki qatar yola düşüb. İl ərzində daha 20 vaqonun Bakıya göndəriləcəyi gözlənilir.
Xatırladaq ki, bu ilin fevralında Bakıda "Transmaşholdinq”in tərkibinə daxil olan "Metrovaqonmaş” SC-nin direktoru Boris Boqatıryov və "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov Bakı Metropoliteni üçün 30 yeni nəsil vaqon istehsal edilməsinə dair müqavilə imzalayıblar. Yeni model vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. Sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanmış vaqonların qapıları daha enlidir. Qapıların açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib, konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün elektrik mənbəyinə malikdir. Baş vaqonlarda əlil arabaları və velosipedlər üçün yerlər ayrılıb. Orijinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb.
Bakı Metropoliteni və "Metrovaqonmaş”ı uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir. Müəssisə 1967-ci ildən Bakı Metropolitenini qatarla təmin edir. Hazırda Bakı metrosunda "Metrovaqonmaş”da istehsal olunmuş 300-ə yaxın vaqon hərəkət edir.
Xəbəri paylaş
4728 dəfə oxunub.
Digər xəbərlər

15-04-2021, 21:44
Türkiyədə fabrikdə güclü partlayış olub - yaralılar var
24-09-2015, 16:15
Evdə cipsinin hazırlanması qaydası
5-12-2016, 18:12
“Eurovision”a göndərdiyimiz Diana kimdir? - Fotolar
17-11-2016, 17:19
Bakıda şirniyyatın içindən iyrənc maddə çıxdı - FOTO
15-12-2021, 10:48
İlham Əliyev: "Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, münaqişə bitib"
28-06-2015, 21:29
Keçmiş sevgilinin şəklini niyə saxlayırlar? - SƏBƏB
21-05-2016, 14:45
Zeynəb Xanlarova Röyadan danışdı: "50 qram səsi var..."
25-02-2017, 19:39
"Ərazi itkilərimiz yoxdur" - Polkovnik Ramaldanov
9-02-2022, 13:28
"Tərtər işi" ilə bağlı daha 4 nəfər HƏBS EDİLDİ
29-05-2018, 14:32
Xiyarın bu faydalarını bilirdinizmi?