Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Fab Boya və Kimya sənayesi” MMC-də nələr baş verir ? - Şirkət ekoloji cəhətdən zərərli tullantıları hara axıdır ?
Tarix: 04-02-2022 | Saat: 12:33
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər

“Fab Boya və Kimya sənayesi”  MMC-də nələr baş verir ? -  Şirkət  ekoloji cəhətdən  zərərli  tullantıları hara axıdır ?


Nazir  Muxtar Babayev  bunları görmür ? 

Cahangir Hacıyevin “Azərinşaat” MMC-sini  “Şapka Mamed” nə günə qoydu..? 


Haqqında bəhs edəcəyimiz “Fab Boya və Kimya sənayesi”  MMC  haqqında qısa məlumat üçün qeyd edək ki, bu şirkət  2001-ci ildən Azərbaycan inşaat sektoruna daxil olub. 
Şirkət ilk olaraq boya məhsulları istehsalına başlamış, bu kateqoriyadan su əsaslı, sintetik, sellülozik boya məhsulları və həllediciləri istehsal etmişdir. 
Müəssisədə 2006-cı ildən "Polimerlər" fabriki fəaliyyətə başlamışdır. Bu istehsal sahəsində PVA əsaslı müxtəlif yapışdırıcılar, akrilik bağlayıcılar və s. istehsal olunur. Müəssisənin 300 nəfərdən çox işçisi vardır. 
“FAB Boya və Kimya Sənayesi” MMC-nin təsisçisi Anar Səfər oğlu Əliyevdir. 
Müəssisənin direktoru Kənan Məhərrəmovdur. Müəssisə Binəqədi rayonunda, Xutor yaşayış sahəsində yerləşir. 
Şirkət sonradan  mövcud olan istehsal sahələrinə plastik məhsulların istehsalı üzrə “Hillfan” zavodu, yapışqan məmulatlarının istehsalı üzrə “Fabkim” zavodu və s. əlavə edilib. Bu gün şirkətin 5 zavodu  var. 2018-ci ildə şirkət gips və gips məhsullarının istehsalı üzrə “Beyazalci” zavodunun da açılışını edib. 
Apaşdırma aparan zaman  “FAB Boya və Kimya Sənayesi” MMC-nin təsisçisi Anar Səfər oğlu Əliyevin  rəhbərlik etdiyi kollektiv adından koronavirus pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə görə Prezident İlham Əliyevə təşəkkür məktubuna rast gəldik. 
Anar Əliyev öz məktubunda yazır ki, Prezident kimi Siz hər kəsə diqqət və qayğı göstərirsiniz: “Bundan başqa, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi, sosial sığorta yükünün azaldılması nəzərdə tutulur. Dövlətimiz tərəfindən göstərilən bu qayğıdan bəhrələnən müəssisə kimi Sizə dərin minnətdarlığımızı bildirir, İqtisadiyyat Nazirliyinə isə bu sahədə Sizin tapşırıqlarınızı operativ yerinə yetirdiyinə görə təşəkkür edirik”. 
Çox gözəl. İndi görək, cənab Anar Əliyev Prezidentin bu qayğısına, diqqətinə və ən əsası  sahibkarlara yaratdığı vergi güzəştlərinə, münbit şəraitə öz əməlləri ilə  necə cavab verir? 
Əlbəttə,  5 zavoda malik olan şirkət yəqin ki, milyonlar qazanır. Olsun, biz də bir media olaraq ölkəmizdə istehsal sahəsinin inkişafını  arzu edirik. 
Amma Gündəlik-Bakıya daxil olan məlumatlara görə, “FAB boya” şirkətində əməlli-başlı özbaşınalıqdır. 
Görəsən, şirkətin sahibi bu illər ərzində dövlətə nə qədər vergi ödəməsi ilə bağlı niyə bircə cümlə demir ? 
Görəsən, şirkətin  300 nəfərdən artıq işçi ilə əmək müqavilələri bağlanıbmı ? 
Görəsən vacib məsələ olan təhlükəsizlik məsələləri zavodlarda necə həyata keçirilir ?
Bunu nə üçün soruşuruq ? 
Məlumdur ki, boya istehsalında boyaların tərkibində olan çox sayda kimyəvi maddələr insan orqanizminə, eləcə də ətraf mühitə məhvedici təsir göstərir. 
Onu da qeyd edək ki, “FAB boya”nın  çox zərərli olan tullantılarının hara axıdılması, ətraf mühit üçün ekoloji problem yaratması barədə Anar Əliyev heç nə demir ? 
Ancaq daxil olan məlumatlardan bəlli olur ki, FAB boya ətraf mühit üçün ciddi problemlər yaradır və hansısa səbəbdən Ekologiya  nazirliyi susur …
Görəsən, Ekologiya naziri Muxtar Babayevin bu problemlərdən xəbəri yoxdur ? 
Əgər Anar Əliyevin yazdıqlarımıza  etirazı varsa, qoy  zavodun kimyəvi maddələrlə zəngin olan tullantılarının hara axıdıldığını çəkib göstərsin. 
Bütün bunlar azmış kimi, “FAB boya”larının çəkilərinin və keyfiyyətinin standartlara cavab vermədiyi də şübhəlidir. 
“FAB boya” MMC-nin “Azərinşaat” MMC adı altında etdiyi maxinasiyalar isə  daha  dəhşətlidir. 
Qısa məlumat üçün qeyd edək ki, Beynəlxalq Bankın idarə heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevə məxsus olduğu iddia edilən "Azərinşaat" MMC şirkətinin adı mediada ancaq maxinasiyalarda hallanır. 
Məlumat üçün qeyd edək ki, vaxtilə  Binəqədidəki “DSK”nın ( Evtikmə kombinatı ) ərazisini Cahangir Hacıyevlə “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyev alıblar. 
Məlumdur ki, Cahangir Hacıyev həbs olunandan sonra onun bütün “səlahiyyətləri”  Şapka Mamed” kimi tanınan, Qazaxda “Ləkə” ləqəbli Qurbanın oğlu Məmməd Musayevə verildi. 
Yəni “Azərinşaat”  keçdi  Şapka Mamedin tabeçiliyinə. 
Şapka Mamed, yəni Məmməd Musayev isə “Azərsu”da işləyən Arzuman Abbasovu “Azərinşaat” MMC-yə direktor təyin etdi. 
“Şapka Mamed”  isə çox hörmətli şəxslərdən birinin adından istiafdə edərək insanlara problemlər yaratmağa, sahibkarları dövlətdən narazı salmağa, bağlanmış müqavilələri heç bir əsas olmadan pozmağa başladı. 
Sözün qısası, “Azərinşaat” MMC-ni elə günə qoydu ki, hətta fəhlələrin maaşını verə bilmədilər. Çoxsaylı şikayətlərdən sonra “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyev həbs olundu…
Sonra  Ələt-Astara  avtomobil magistralının tikintisi  "Azərinşaat" MMC-dən alındı..
Beləcə, “Azərinşaat” MMC  bir şirkət olaraq müflis həddinə çatdı. 
Yuxarıda  qeyd etdiyimiz kimi  “FAB boya”   “Azərinşaat” MMC adı altında  daha  dəhşətli maxinasiyalar edib. 
Bu barədə araşdırmamız  davam edir.  
Görəsən, “FAB boya”nın sahibi nə üçün ölkənin nüfuzlu şəxslərinin adından istifadə edərək digər sahibkarlara, iş adamlarına qənim kəsilir ? 
Hətta, ölkəmizə investisiya qoyan əcnəbi iş adamları da “FAB boya”nın sahibinin əlindən ölkəni tərk etməyə məcbur olurlar. 
Budur, sizin cənab Prezidentin qayğısına və diqqətinə cavabınız, cənab Anar Əliyev ? 
“FAB boya”da  baş verən  “qara mühasibatlıq”, boyalara vurulan ziyanlı qatqıların laboratoriya göstəriciləri  və digər vacib məsələlərlə bağlı araşdırmamız davam edir. 
Bizi izləyin. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(https://gundelik-baku.com/)



Xəbəri paylaş

6618 dəfə oxunub.

Digər xəbərlər
22-08-2015, 18:07 Tovuzda şəlalə tapıldı

bütün xəbərlər
____ Instagram ___