Kriminal avtoritetin cəzası qüvvəsində saxlanıldı - FOTO
Tarix: 14-12-2015 | Saat: 21:10
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb.
Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Ceyhun Baxışovun CM-nin 228.1 (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xeberaz.az xəbər verir ki, bu il yanvarın 27-də daxil olan əməliyyat məlumatı əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları kriminal aləmlə əlaqələri olan Ceyhun Baxışovu, Hacıbala Abbasovu və Abşeron rayon sakini Etibar Baxşızadəni tutublar.
Baxış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb. Bundan əlavə, C.Baxışovdan “Makarov” tipli tapança, E.Baxşızadənin mənzilindən isə 2 ədəd alışqanı ilə birlikdə əl qumbarası aşkar edilərək götürülüb.
Müəyyən edilib ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Baxışov, Abbasov və Baxşızadə cinayətə meyilli şəxsləri ətraflarına toplamaqla “qanunsuz araşdırmalar” aparıblar. Onlar özlərini cinayətkar aləmin “nüfuzlu şəxsləri” kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə, qanunsuz olaraq pul yığılması və kriminal aləmin “kassa”sına ötürülməsini təşkil ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Baxışov 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Xəbəri paylaş
1 5708 dəfə oxunub.
Digər xəbərlər

25-06-2018, 15:43
İmişlidə dəhşətli qəza: 1 ölü, 8 yaralı
9-08-2023, 16:59
Astarada ailə davası: Xəyanətə görə gəlin qayınanasını döydü
24-01-2022, 09:53
Bakı-Şuşa-Bakı ilk avtobus reysi yola düşdü - FOTO
12-02-2016, 13:12
PSJ-dən Neymara 40 milyon avro
21-02-2018, 18:17
Prezidentdən məcburi köçkünlərlə bağlı - Sərəncam
18-10-2018, 16:51
Əmisinin gəlinini qaçıran evli kişiyə belə işgəncə verdilər - Azərbaycanda DƏHŞƏTLİ OLAY
11-03-2017, 15:55
Bakıda vağzalda yatmaq da pulla olacaq - Foto
30-06-2019, 07:20
Azərbaycanlı idmançı “Niva” ilə qəza törətdi - Ağır xəsarət alıb
6-12-2017, 13:54
Dolma Azərbaycana məxsus kulinariya növu kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib