Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qazi ilə baş həkim arasındakı insidentin TƏFƏRRÜATI: “Mən koram deyə gülürsən...” - VİDEO
Tarix: 06-01-2022 | Saat: 14:04
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər







Yanvarın 4-də Vətən müharibəsi qazisi Hacı Vəliyevlə Yasamal rayonu ərazisində yerləşən 19 saylı şəhər poliklinikasının baş həkimi Aytən Qurbanova arasında insident yaşanıb.

Bu barədə qazi Hacı Vəliyev özü sosial şəbəkə hesabında məlumat yayıb. 

O, yanvarın 4-ündə qeydiyyatda olduğu Yasamal rayonu ərazisində yerləşən, əvvəllər də arayış və müayinə olunduğu 19 nömrəli poliknikaya Covid-19 əleyhinə vaksin pasportu almaq üçün mrüaciət etdiyini bildirib:

“Xeyli get-gəldən sonra bildirdilər ki, mən bura qeydiyyatı deyiləm. Onlara izah etdim ki, siz mənə qeydiyyatda olduğumla bağlı arayış vermisiniz, müayinə də etmisiniz. Verilən arayışı oxuduğum İdman Akademiyasına təqdim etmişəm. Baş həkim isə dedi ki, sən bura qeydiyyatı deyilsən və sənə kömək edə bilmərik. Yuxarıda dediklərimi dedim və bildirdim ki, onda sizin işçiləriniz mənə verilən arayışı səhv verib.

Bunu ilk gündən deyərdiniz, mən də başqa yerə gedərdim. Dedim ki, işçiləri tənbeh edin ki, daha bir vətəndaş incidilməsin. Bunu deyib ayağa qalxdım və çantamı götürəndə (görən gözüm) sol gözümə həkimin mənə baxıb istehza ilə gülməyi sataşdı”.
Hacı Vəliyevin iddiasına görə həkimə “niyə gülürsünüz?” sualını verdikdə, o gülməyə davam edib:

“Mən də dedim ki, şəhid ailələrinə, qazilərə gülənin genində, qanında problem var. Bundan sonra həkim ayağa qalxıb sol əli ilə stolun üstündə olan qənd qabını vurub aşırdı və beləcə mübahisə yarandı. Mübahisə zamanı ağzına gələni deyərək məni DTX əməkdaşları ilə hədələdi. Otaqda 4 nəfər idik. Mən baş həkim, başqa bir həkim və Yasamal rayonundan olan digər vətəndaş. Biz koridora çıxdıq. 

Təxminən 5-10 dəqiqəyə sonra məni hədələdiyi DTX əməkdaşları gəldi və otaga daxil olub qapını örtdülər. Təxminən 10-15 dəqiqədən sonra otaqdan çıxanda mən onları saxladım və kim olduqlarını soruşdum. Hətta vəsiqələrini belə göstərdilər.

DTX əməkdaşları idi. Onlar vəsiqə göstərən zaman ərazi üzrə  polis nümayəndələri də gəldilər. Dedim otağa daxil olub qapını niyə ötürsünüz? Gəlmisiniz, ədalətli araşdırma aparın, görmürsünüz heç birinin ağzında maska yoxdur”.
Onun sözlərinə görə, daha sonra Yasamal rayon 19 saylı polis bölməsinin əməkdaşları gəliblər. Hər ikisi bölməyə dəvət edilsə də baş həkim getməkdən imtina edib.

Qazi baş həkim Aytən Qurbanovanın keçmiş millət vəkili Fərhad Qəribovun qızı olduğunu deyib:

“Həyat yoldaşı isə keçmiş polis əməkdaşı Qurbanov Vüqar Akif oğludur. Vüqar Qurbanovun əmisi ilə Ziya Məmmədov qudadır”.

Baş həkim Aytən Qurbanova REAL TV-yə açıqlamasında hadisənin belə baş verdiyini deyib:

“Çox aqressiv formada mənimlə danışmağa başladı ki, mənə bu sənədi siz verəcəksiniz. Ona qazi olduğu üçün kömək etməyə çalışdım. Bildirdim ki, İcbari Tibbi Sığorta Agentliyinin qərarına əsasən xəstənin öz istəyi ilə  biz onu qeydiyyata ala bilərik. Bunu dedikdə mənə dedi ki, sən saxta sənədlərlə, işlərlə məşğul olursan? Yanımda olan qeydiyyatçıdan da bu barədə soruşdum. O da dedi ki, artıq bu halları da sistemə salmaq mümkündür. Daha sonra mənə dedi ki, “sən mənə mən koram deyə gülürsən”. Stolun üstündə olan konfet qabını vuranda çay dağılıb üstümə töküldü.

Dodağıma da konfet qabının qapağı dəydi. Bu baş verənlərin şəklini də çəkmişəm. Hadisədən sonra polisə və prokurorluq orqanlarına şikayət etdim. Mən aidiyyəti üzrə məlumat verəndən sonra həmin şəxsin digər qazi yoldaşları da poliklinikanın həyətinə gələrək çəkiliş etdilər. Mənə hədə-qorxu gəldilər”.
Qeyd edək ki, Hacı Vəliyev yanvarın 5-ində digər bir poliklinikada koronavirusa qarşı birinci doza vaksin vurdurduğunu bildirib. 



 


Xəbəri paylaş

7138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___