Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Rahat” MTK DÖVLƏTİ SAYMIR? - İTTİHAM
Tarix: 24-12-2021 | Saat: 11:38
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər


Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1260-cı keçid ünvanında yerləşən “Rahat” MTK-nın inşa etdiyi binada maraqlı hadisələr cərəyan edir. Replika TV-yə bina sakinlərindən daxil olan məlumatda bildirilir ki, “Rahat” MTK-nın inşa etdiyi binada kooperativ sədri işləyən Ələddin Məmmədhəsənov vətəndaşlardan yığdığı işıq və su pullarını dövlət büdcəsinə köçürtmək əvəzinə özünün şəxsi işlərinə xərcləməklə məşğuldur. Nəticədə sakinlərin kommunal xərclər üçün 120 000 manat borcu yaranıb.

Məlumata görə 2017-ci ildən kooperativ sədri işləyən Ələddin Məmmədhəsənov sakinlərin borcu olduğu təqdirdə onların mənzilinə gedən işığı və suyu kəsməklə vətənaşlara təzyiq edir. Hər ay mənzil sahiblərinin işlətdikləri su və işıq borclarını nəğd şəkildə alan Ələddin Məmmədhəsənov yığdığı vəsaitləri dövlət büdcəsinə köçürtməyərək, özü üçün xərcləməkdən qorxmur.

Replika TV-yə daxil olan məlumatda “Rahat” MTK-nın binasının 18.12.2021- ci il tarixinə kimi suya olan borcu səksən min dörd yüz iyirmi bir manat (80421), elektrik borcu qırx bir min doqquz yüz qırx üç manat (41943) təşkil edir.

Həmçinin binanın əlavə dəyər vergisinə borcu üç min beş yüz səksən üç manat (3583) təşkil edir. Sakinlərin hazırkı borcu isə ümumilikdə heç 4 -5 min manat təşkil eləmir. Bu isə o anlama gəlir ki, “Rahat” MTK-nın kooperativ sədri Ələddin Məmmədhəsənovun dövlətə yüz iyirmi min manat (120000) borcu var. Bu borc “Rahat” MTK-nın binasında yaşayan sakinlərin hər ay Ələddin Məmmədhəsənova dövlətə verdikləri vəsaitdir.

Bina sakinlərinin qorxularındna biri ondna ibarətdir ki, Ələddin Məmmədhəsənova nəisə bir şey olsa, o zaman “Azərişıq” və “Azərsu” borca görə onların elektrik və sularını kəsəcəklər. Çünki bütün borc vəsaiti “Rahat” MTK-nın kooperativinin ayağındadır. Adı çəkilən kooperativin sədri isə Ələddin Məmmədhəsənovdur.

Ən maraqlı məqam isə aidiyyatı qurumların bu məsələyə göz yummasıdır. Məhz buna arxalanan Ələddin Məmmədhəsənov vətəndaşdan yığdığı vəsaitləri dövlət büdcəsinə köçürtmək əvəzinə, özünün şəxsi işlərinə rahatlıqla xərcləyir və işin qəribə tərəfi odur ki, “Azərişıq” və “Azərsu” ondan 120 000 manat borcu tələb eləmir. (Replika TV)






Xəbəri paylaş

3928 dəfə oxunub.

Digər xəbərlər
22-03-2015, 01:10 "Biz super klub deyilik"

bütün xəbərlər
____ Instagram ___