Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Daha bir vətəndaş "Kontakt Home"dan ŞİKAYƏTÇİ DÜŞÜB... - "...belə oyuncaqlarla təzyiq ölçmürlər"
Tarix: 19-11-2021 | Saat: 12:31
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər


Daha bir vətəndaş "Kontakt Home" mağazalar şəbəkəsinbdən giley edir. Əlövsət Ağayev adlı narazı vətəndaşın şikayətini olduğu kimi təqdim edirik:

"İki ilə yaxındır ki, mən ağır yataq xəstəsiyəm.
13.11.2021-ci il tarixdə mən kontakt home-yə "beurer bc 28" markalı tonometrini, mənzilimə çatdırılması şərti ilə, onlayn sifariş etdim.
Satıcı, tonometri mənzilimə gətirdi, onun telefon nömrəsi: 052069850-dir. Satıcı tonometri öz qolunda yoxlayan zaman hər yoxlamada müxtəlif rəqəmlər göstərəndə, mən satıcıdan bunun sənəbini soruşduqda o, cavab verdi ki, belə olmalıdır.

Məm ona inanıb, 43 manat pulumu ödəyib satıcını yola saldım.
Axşam vaxtı mənim vəziyyətim ağırlaşdığından, aldığım tonomerlə təzyiqimi ölcdüm. Cihaz 178/67 göstərdi.
Təcili yardım çağırdım. Təcili yardım tibb işçiləri öz cihazları ilə yoxladılar 130/ 80 göstərdi. Sonra mən alan cihazla yoxlayanda, 203/57 göstərəndə həkimlər dedilər ki, belə oyunçaqlarla təzyiq ölçmürlər.
16.11.2021-ci il tarixdə mən satıcıya bir neçə dəfə zəng etdikdə, o bilərəkdən mənə cavab vermədi. Sonra "kontakt home-yə məlumat verdim.
Çavabında, 0512555146 nömrəsindən mənə xəng edib əmin etdilər ki, qısa müddətdə bizim əməkdaşımız sizə yaxlnlaşıb tonometri geri götürəcək.
Bu gün ayın 19-dur. Hələ də qısa müddət başa çatmaq bilmir.
Cihazın geri qaytarmaq müddəti isə, 14 gündür.
Kontakt home bilərəkdən gün uzadır ki, 14 gün bitəndən sonra, desinlət ki, artıq sizin 14 gün müddətiniz bitmişdir.
Bu isə əsl dələduzluqdur.
Bu haqda mən 18.11.2021-ci il tarixdə Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət ünvanlandırmışam.
23.11.2021-ci il tarixdə nasaz tonometri geri qaytarmaq müddətim başa çatacaq".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...(dia.az)


Xəbəri paylaş

3738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___