Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda cücəyə görə 21 yaşlı qızı öldürdülər - TƏFƏRRÜAT
Tarix: 22-04-2015 | Saat: 13:41
Bölmə:Hadisə | çapa göndər

Azərbaycanda cücəyə görə 21 yaşlı qızı öldürdülər - TƏFƏRRÜAT
Qətli törədən gənc polisə təslim olub

Xeberaz.az xəbər verir ki,İmişli rayonunda qətl törədilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, bu gecə saat 00:10 radələrində rayonun Qaragüvənlikli kəndində yaşayan 1992-ci il təvəllüdlü Tağıyev Vüsal Atamoğlan oğlu bibisi qızı, 1994-cü il təvəllüdlü Hüseynova Emilya Bahadur qızını bıçaqlayaraq öldürüb. E. Hüseynova hadisə yerində dünyasını dəyişib. V. Tağıyev hadisədən dərhal sonra şöbəyə gələrək polisə təslim olub.

Bildirilir ki, E.Hüseynovanın anası bir neçə il əvvəl boşanıb və bundan sonra qardaşının evində məskunlaşıb. Hər il yaz mövsümündə olduğu kimi E.Hüseynova qutuda cücə saxlayırmış. O, qutunu dayısı oğlunun otağına yerləşdiribmiş. Otağından xoşagəlməz qoxunun gəlməsindən narahat olan V.Tağıyev bibisi qızına bununla bağlı irad bildirib və cücələrini otaqdan aparmasını tələb edib. Bundan sonra dayıoğlu ilə bibiqızı arasında münaqişə yaranıb və 23 yaşlı oğlan bıçaqla 21 yaşlı bibisi qızına zərbə endirib. Kürək nayihəsindən ağır yaralanan gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Fakta bağlı İmişli rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Xəbəri paylaş

7908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___