Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əsgərlərimizi qoruyaq! “TikTok”da koordinatları yaymayaq!
Tarix: 19-11-2021 | Saat: 12:04
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Əsgərlərimizi qoruyaq! “TikTok”da koordinatları yaymayaq! 



Son dövrlər cəbhədə erməni təxribatları aktivləşəndən sonra bəzi sosial şəbəkə istifadəçilərinin lazımsız təəssübkeşliyi dərhal işə düşür.
Bəzən görürsən ki, hərbə aidiyyəti olmayan şəxslər aktiv döyüş gedən zonalardan foto və videolar paylaşaraq hərbçilərimizin həyatlarını təhlükəyə atmış olurlar. Belələri fərqinə varmır ki, icazəsiz və əsassız paylaşılan həmin görüntülər sonradan düşmən tərəfindən də izlənilir və onlar bu paylaşımlarla düşmənə yardım etmiş olurlar.
Qeyd edək ki, bu cür paylaşımlar “Tik-tok” sosial şəbəkəsində daha çox müşahidə edilir. Bununla bağlı bir qrup “Telegram” istifadəçiləri Müdafiə Nazirliyinə və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edərək Azərbaycanda çox populyar olan “TikTok” sosial şəbəkəsinə diqqət yetirməyi xahiş ediblər. Müraciətdə deyilir:
“TikTok” sosial şəbəkəsinin istifadəçiləri Azərbaycan hərbi qüvvələrinin bütün hərəkətlərini real vaxt rejimində lentə alaraq paylaşırlar. Düşmən Azərbaycan hərbi qüvvələrinin hərəkətini əks etdirən videoları görmək üçün bu sosial şəbəkəni daim izləyir və geolokasiyanı müəyyən edərək artilleriya zərbələri endirir. "TikTok" sosial şəbəkəsində Azərbaycan hərbi qüvvələri ilə çəkilmiş videonun yayılmasından sonra düşmənin artilleriya zərbəsi endirməsi, nəticədə hərbçilərimizin şəhid olması ilə bağlı 10-dan çox sübut var.
Vətən xainlərinin “TikTok” sosial şəbəkəsindən istifadə edərək Azərbaycan hərbi qüvvələrinin hərəkəti və yeridilməsi barədə məlumatları düşmən tərəfə ötürməsi ilə bağlı şübhələr də var. Sizdən təcili tədbir görmənizi və “TikTok” sosial şəbəkəsini bloklamanızı xahiş edirik. Başqalarının məsuliyyətsizliyinə və xəyanətinə görə əsgərlərimizin daha şəhid olmasını istəmirik!”
Qeyd edək ki, elə bu məsələ ilə bağlı bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti də müraciət ünvanlamışdı. Müraciətdə deyilirdi:
"Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində törədilən bəzi təxribatlarla bağlı bir sıra kütləvi informasiya vasitələri və sosial şəbəkə resurslarında həqiqəti əks etdirməyən, əhali arasında vahimə yaratmaq, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır.
Diqqətə çatdırmaq istərdik ki, bu tip qərəzli, saxta və ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən xəbərlərin tirajlanması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Vətəndaşlarımızı Azərbaycanın milli təhlükəsizliyinə və maraqlarına zərər vuran, əsassız, aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirilmədən, rəsmi mənbələrə istinad olunmadan yayımlanan belə məlumatlara inanmamağa çağırırıq".
Qeyd edək ki, 44 gün davam edən "Vətən müharibəsi" dövründə də DTX dəfələrlə bu barədə ictimaiyyətə müraciətlər etmişdi. 



Xəbəri paylaş

3438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___