Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
Tarix: 17-11-2021 | Saat: 10:26
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür 



Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür.
Bu gün 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı.
Beləliklə, 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı-Azadlıq meydanında (o vaxt Lenin meydanı adlanırdı) Azərbaycan xalqının etiraz mitinqləri başlayıb. Dekabrın 4-dən 5-nə keçən gecə Sovet Ordusunun qüvvələri və ağır texnikası Azadlıq meydanına yeridilib. Mitinq dağıdılıb və fövqəladə vəziyyət elan edilib.
Bu, Azərbaycan xalqının milli-azadlıq hərəkatı idi. Mitinqlər zamanı Azadlıq meydanında ilk dəfə Azərbaycanın milli bayrağı qaldırılıb və Sovet İttifaqından ayrılmaq məsələsi gündəliyə gətirilib. Bakının Azadlıq meydanından başlanan xalq hərəkatı tezliklə bütün SSRİ-də geniş etirazlarla davam edib və nəhayət 1991-ci dekabrında Sovet İttifaqı dağılıb.
Milli Dirçəliş Günü - 17 noyabr 1992-ci ildə bayram günü elan olunub. Lakin 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən 17 noyabr iş günü sayılır.



Xəbəri paylaş

2718 dəfə oxunub.

Digər xəbərlər
21-05-2018, 10:18 Beyonse kilsə aldı

bütün xəbərlər
____ Instagram ___