Türkiyə Azərbaycandan keçən tranzit yük daşınmalarını xeyli artırıb
Tarix: 09-03-2016 | Saat: 18:18
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Xərclər 40% azalıb.
2016-cı ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycan ərazisi vasitəsilə Mərkəzi Asiyaya 1582 yük avtomobili göndərilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,3 dəfə çoxdur.
"Xəbəraz.az " Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının elektron portalının təqdimatında deyib.
S.Babayev qeyd edib ki, ötən ilin yanvar-fevral aylarında Bakı-Aktau-Bakı istiqaməti üzrə 217 yük avtomobili göndərilib:
“Azərbaycan ərazisi ilə yükdaşıma qaydalarının sadələşdirilməsi, xüsusilə də daşımalar üzrə xərclərin 40% azaldılması buna imkan yaratdı”.
Onun sözlərinə görə, neft və neft məhsullarının daşınması üzrə tariflərin yüksək həddi müəyyənləşdirildi ki, bu da yüklərin Azərbaycan ərazisi ilə istiqamətinin səmərəliliyini artırıb, ölkədə neft və neft məhsullarının daşınmasının artımını təmin edib.
Xəbəri paylaş
6718 dəfə oxunub.
Digər xəbərlər

12-09-2017, 16:43
Puqaçova milli rəqsimizi belə oynadı - Video
1-11-2018, 16:55
Ortaq daraqdan istifadə xəstəlik yarada bilər
1-04-2018, 09:56
Bürclərin xarakteri: hansı bürcü nə əsəbləşdirir?
4-06-2016, 21:46
Obama: “Respublikaçılara oxşamayın”
12-01-2023, 11:19
Silah və narkotik əməliyyatı - Saxlanılanlar var - FOTOlar
5-09-2021, 00:41
Kim Çen In BMT-nin vaksinlərindən imtina etdi
3-03-2017, 13:42
Fatimənin makiyajsız fotoları
14-05-2016, 22:00
Türkiyədə həyəcan: Dəhşətli zəlzələ gözlənilir
11-12-2016, 10:18
Azərbaycan prezidenti Ərdoğana başsağlığı verdi