İyulun 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səsləndirdiyi "Artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq” fikirlərini müşavirə iştirakçılarına çatdıran Müdafiə naziri şəxsi heyətin mənəvi-psixoloji və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinin vacibliyini qeyd edib. Nazir döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsini tapşırıb.
Azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədindəki son vəziyyəti təhlil edən Müdafiə naziri gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib. Nazir Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar komandir-rəis heyətinə göstərişlər verib.
Mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri ilə maraqlanan general-polkovnik Z.Həsənov xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Zakir Həsənov TAPŞIRIQLAR VERDİ - "Müharibəyə hər an hazırıq"
Tarix: 19-07-2021 | Saat: 10:48
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
3448 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-07-2021 | Saat: 10:48
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
20-09-2021, 14:08
Yalan danışan adamlarda bu xəstəlik yaranırmış — ŞOK FAKT
8-03-2017, 09:21
Azərbaycanda kişi böyrəyini 8 Martda yoldaşına hədiyyə etdi-VIDEO
17-03-2017, 15:09
Azərbaycanın gözəllik müsabiqəsinin qalibi də azadlıqda - Video
16-07-2022, 11:40
Azərbaycanda qardaş qardaşı ÖLDÜRDÜ
10-02-2021, 18:30
Azərbaycanda məhkəmənin iclas katibi həbs edildi - RƏSMİ
26-11-2017, 08:52
İntihar cəhdinin qarşısı alındı
10-07-2016, 18:58
Prezident 2016-cı ili tarixi dövr adlandırdı
24-07-2021, 12:29
Koronavirus keçirənlərin üzləşdiyi daha bir fəsad