“Sahil - S İnşaat” MTK sakinləri aldadır - NARAZILIQ!
Tarix: 30-06-2021 | Saat: 11:17
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər
Bakının Suraxanı rayonu, Yeni Günəşli “A-B” massivində yeni inşa edən “Sahil - S İnşaat” MTK ondan mənzil alan sakinləri peşman edib.
Sakinlər aylardır ki, mənzillərinə köçə bilmirlər və tikinti işləri dayandırılıb. Bu barədə Anaxeber.info-ya məlumat verən payçılar qeyd edirlər ki, artıq bütün dövlət orqanlarına müraciət ünvanlayıblar.
Lakin “Sahil - S İnşaat” MTK 15 mərtəbəli binanı təhvil verməkdən imtina edir. Şirkət inşa işlərini binanın sonuncu mərtəbəsində dayandırıb, heç bir səbəb göstərmədən tikintini davam etdirmir.
Sakinlərin sözlərinə görə, MTK cəmi bir dəfə izahat verərək maliyyə çatışmazlığı ilə problemi əlaqələndirib. Bu da ondan xəbər verir ki, binanın tikintisi keyfiyyətsiz, normativlərə uyğun olmayan şəkildə həyata keçirilib. Sakinlər Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət idarəsinin bu məsələni yoxlamalı, araşdırmalı olduğunu hesab edir. Eyni zamanda prokurorluq tərəfindən şirkətin vətəndaşları aldatması, süründürməsi faktı araşdırılmalıdır.
Payçılar bildirirlər ki, aylardır kirayələrə ödəniş edirlər, paralel kredit verirlər, yəni ikiqat xərc çıxır. Lakin ailələrin gözləri intizarda qalıb, MTK binanın tikintisini yekunlaşdırıb mənzilləri təhvil vermir ki, təmirə başlasınlar, sonra köçsünlər.
Halbuki, hələ ötən ilin iyununda binanın təhvil veriləcəyi vəd olunmuşdu. Artıqn bir il keçir və binada daşı daş üstə qoyan yoxdur.
Sakinlər Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsindən, Fövqəladə Hallar Nazirliyindən, Bakı şəhər İcra Hakimiyyətindən “Sahil - S İnşaat” MTK-nin fəaliyyətini araşdırmağı xahiş edirlər.
Anaxeber.info
Xəbəri paylaş
5748 dəfə oxunub.
Digər xəbərlər

16-07-2016, 23:13
Bakı bulvarında Türkiyə ilə bağlı aksiya - Fotolar
28-02-2017, 17:40
Gəncədə sillə-təpik davası: 2 qırmızı vərəqə...
7-11-2016, 17:45
Tarkanın dj-nin azərbaycanlı məşhurla işbirliyi – foto
20-07-2018, 15:12
Rəqsanə çimərlik geyimindəki fotosuna görə ciddi tənqid olundu: “Görməmiş gün görür…” - FOTO
21-02-2016, 21:38
Vasif Talıbovun oğlu bazara 1 manatlıq siqaret çıxardı
5-12-2016, 14:55
Ürəyi, qaraciyəri, immuniteti möhkəmləndirən DƏMLƏMƏ
22-06-2018, 16:23
Səfirimizin oğlu həbs edildi - Şok
22-11-2022, 10:49
Mövqelərimiz 4 istiqamətdə atəşə tutuldu: Sülhməramlıların yerləşdiyi ərazilərdən...
19-07-2017, 22:39
Natavan gəlin köçür - Foto+Video
21-02-2016, 16:28
"Whatsapp" elə yeniliklərə imza atır ki...