Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yasamalda Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi qeyd olunub - Foto
Tarix: 13-07-2019 | Saat: 12:11
Bölmə:M / Karusel / Siyasət / Reportaj | çapa göndər

Yasamalda Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi qeyd olunub
Yasamalda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi qeyd olunub.
“Xəbəraz.Az” xəbər verir ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbiri giriş sözü ilə açaraq bildirib ki, 1969-cu il iyulun 14-nün Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var: “Həmin gün ulu öndər Heydər Əliyev respublikanın rəhbərliyinə yüksəlib. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. O zamandan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır”.
Çıxış edənlər Yasamal rayon prokuroru Rasim Hacıyev, Respublika Klinik xəstəxanasının baş həkimi Telman İbadov, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova, Bakı Dövlət Universitetinin professoru İsmayıl Əliyev vurğulayıblar ki, Heydər Əliyev hər bir vətəndaşın həyatında dərin iz buraxıb.  
Çıxışlardan sonra Əziz Əzizov Azərbaycan Prezidentinin 2019-cu il 27 may tarixli 1205 nömrəli sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin yubiley medalı” ilə təltif olunan rayonun bir qrup ziyalısına yubiley medallarını təqdim edib. Təltif olunanlar Akademik M.Qasımov adına Respublika Klinik xəstəxanasının baş həkimi Telman İbadov, K. Fərəcova adına Pediatriya ETİ-nin direktoru, professor Nəsib Quliyev, Yasamal rayonu 20 nömrəli məktəb-liseyin direktoru, əməkdar müəllim Səadət Veysova və Yasamal rayonu 13 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Yaqut Sadıqova Prezident İlham Əliyevə  minnətdarlıqlarını bildiriblər.





Xəbəri paylaş

5358 dəfə oxunub.

Digər xəbərlər
17-06-2016, 10:09 Neftin qiyməti dəyişdi

bütün xəbərlər
____ Instagram ___