Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Diplomunu götürmək üçün getmişdi, komadan ayılmadı..." - Qəzada ölən azərbaycanlının qohumu
Tarix: 05-02-2019 | Saat: 14:41
Bölmə:M / Karusel / Gündəm / Hadisə | çapa göndər

"Diplomunu götürmək üçün getmişdi, komadan ayılmadı..." - Qəzada ölən azərbaycanlının qohumu

Xəbər verdiyimiz kimi, Türkiyənin Biləcik vilayətində yol nəqliyyat hadisəsi nəticəsində Azərbaycan vətəndaşı həyatını itirib. Belə ki, fevralın 3-də Mirsani Seyidovun idarə etdiyi 34 MM 1844 nömrə nişanlı "JEEP"lə fabrik işçilərini daşıyan avtobus toqquşub. Qəzada "JEEP"in sürücüsü ilə yanaşı Mirsani Seyidov, Ersan Gülüm, İsmət Turan və Qürbət Çankaya və avtobusdakı 6 işçi yaralanıb. Yaralılar hadisə yerinə gələn tibb işçiləri tərəfindən Bilecik Dövlət Xəstəxanasına aparılıb. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dizə kənd sakini, 21 yaşlı Seyidov Mirsani Ağamir oğlu çatdırıldığı xəstəxanada vəfat edib.

Xəbəraz.Az xəbər verir ki,hadisə bağlı big.az-a açıqlama verən Mirani Seyidovun qohumu Elyar İslam bildirib ki, ailə Şərur rayonun Dizə kəndində yaşayıb: "İşləmək üçün Türkiyəyə köçüblər. Mirsani orta məktəbini Türkiyədə davam etdirib. Daha sonra o, Biləcik Şeyx Ədəbali Universitetinin Maşınqayırma mühəndisliyi fakültəsinə daxil olub. O, çox mehriban, fəal və vətənpərvər oğlan idi. Sonuncu ili idi. Qəza diplomunu götürməyə gedən zaman baş verib. O, fevralın 14-də məzun olmaq üçün imtahan verəcəkdi. Qarşıdan gələn avtobusla toqquşub. Qəza nəticəsində 11 nəfər yaralanıb. Ən ağır yaralanan Mirsani idi. O, da komadan ayılmayıb. Ailə hazırda yoldadır. Naxçıvana qayıdırlar. Mirsani doğulduğu Dizə kəndində dəfn ediləcək". 

Xəbəri paylaş

5748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___