Səməd Seyidov: “Bəzi deputatlar Azərbaycanın imicinə xələl gətirmək istəyirlər”
Tarix: 22-01-2019 | Saat: 02:28
Bölmə:M / Karusel / Siyasət / Həftə-Reytinq | çapa göndər
Azərbaycana qonşu dövlətlərdən - Gürcüstan və Ermənistandan söhbət getdiyi üçün ölkəmlə bağlı məlumat vermək istərdim.
Bu gün səhər Azərbaycan üzrə həmməruzəçi S.Şenakın debatlarda söylədikləri ilə bağlı fikrimi bildirmək istəyirəm. Onun dediklərindən məyus olduğumu bildirir və buna təəssüf edirəm. Onun, eləcə də bəzilərinin Mehman Hüseynov məsələsindən istifadə edərək, ölkəmizə qarşı hücum mövqeyi tutması, imicinə xələl gətirmək istəmələri təəssüf doğurur.
"Xeberaz.Az" Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri AŞPA-nın qış sessiyası çərçivəsində Büro və Daimi Komitənin fəaliyyətinə dair hesabatla bağlı müzakirələr zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
O qeyd edib ki, M.Hüseynov Azərbaycan Prezidentinə müraciət edərək, onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsini xahiş edib. Eləcə də bir qrup insan hüquqları müdafiəçisi Azərbaycan Prezidentinə eyni müraciəti edib. Bu müraciətlər Prezidentə çatdırılıb.
“Bu gün Prezident həmin müraciətlərə dərhal reaksiya verib. Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə edib. Eyni zamanda, cənab Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib.
Bu fürsətdən istifadə edib, AŞPA-dakı həmkarlarıma, eləcə də Avropa Şurasının bəzi məmurlarına təşəkkür edirəm ki, Azərbaycanla kommunikasiya yaradaraq, real vəziyyəti aydınlaşdırmağa cəhd göstərdilər. Ancaq təəssüf olsun ki, bəziləri məsələnin əsl məziyyətini bilmədən emosiyalara üstünlük verdilər. Azərbaycana qarşı belə mövqelər qəbuledilməzdir.
İnanıram ki, Azərbaycan və Avropa Şurası arasında əməkdaşlıq gələcəkdə daha da məhsuldar olacaq”, - deyə S.Seyidov diqqətə çatdırıb.
Xəbəri paylaş
5518 dəfə oxunub.
Digər xəbərlər

19-06-2020, 19:26
Almaniyada qanunsuz işləyən azərbaycanlılar deportasiya ediləcək
9-09-2019, 21:45
Bu ölkəyə səfər edənləri 3 il həbs gözləyir - XƏBƏRDARLIQ
23-06-2021, 11:40
"Məni hamamda görmək istəyən çoxdur" - Azərbaycanlı aktrisadan ehtiraslı sözlər - VİDEO
25-01-2017, 21:15
İŞİD-dən Türkiyə ordusuna raketli hücum - 1 şəhid, 5 yaralı
15-07-2017, 10:25
Avtomobil piyadanı vurdu - Lənkəranda - YENİLƏNİB - FOTO
26-04-2016, 13:10
Cəbhədə atışma: üç erməni əsgəri məhv edildi
5-10-2022, 10:32
Tanınmış amerikalı həkimdən SUPER TONİK - güclü immun sistemi və ürək, antibiotik effekti...
6-11-2016, 22:42
Azərbaycanın ən varlı uşaqlarının lüks həyatı - Fotolar
3-08-2016, 22:53
Avqustun 12-nə hazır olun