Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ƏSABİL QASIMOV- MİLLƏTin vəkilidir, yoxsa milləti zillətə sürükləyir? Deputat Əsabil- Şahdır eləbil!… QARABAĞ əlilinə də rəhmi yox! VİDEO FAKT
Tarix: 08-01-2019 | Saat: 11:23
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Qarabağ əlilini döyüb, obyektini dağıtdılar-
 

Bakı şəhəri, Binəqədi rayonu (Su – meliorasiya idarəsinin yataqxanasında) 1285-ci keçid ünvanında yaşayan II – qrup Qarabağ müharibəsi əlili Hacıyev Məhəmmədəli İsgəndər oğlu tərəfindən şikayət ərizəsi daxil olub.

Ərizədə deyilir:
“Ərizəmlə sizə bildirirəm ki, N.Nərimanov rayonu, Xətai prospekti 29, mənzil 2 ünvanında zirzəmili 2(iki) mərtəbə, ümumilikdə 231 (iki yüz otuz bir) kvadratmetr olan və tam mülkiyyət sənədləri ilə mənə məxsus olan tikinti materiallarının satışı mağazası içərisindəki 500.000 (beş yüz min) manatdan artıq mallarla birlikdə uçurularaq yerlə-yeksan edilmişdir. Nəticədə mənə 1.000000 (bir milyon) manatdan artıq ziyan dəymişdir. Bu da azmış kimi mülkiyyətimi dağıdan “Poleks” MMC niyə etdiniz deyərkən məni vəhşicəsinə döyməkdən belə çəkinmədilər. Ən pisi də odur ki, mənim üzərimə olunan hücumun əsas təşkilatçılarından biri də N.Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Şahmar İbadovdur. Çünki, mənim mülkümü dağıdan və məni döyən “Poleks” MMC-nin direktoru Şahin Qasımov İmişli rayonundan deputat seçilən Əsabil Qasımovun qardaşıoğludur və şirkətdə deputata məxsusdur. Onlar Şahmar İbadovla iş ortağıdırlar.
Xahiş edirəm, mənə dəyən zərərin ödənilməsinə və mənim hüquqlarımın qorunmasına, o cümlədən bu harınlamış cinayətkar dəstənin mənim həyat üçün yaratdığı təhlükədən qorunmağımda mənə köməklik göstərəsiniz”.
Müraciət “Qarabağ Qaziləri” “Vətən Müharibəsi Əlilləri” İctimai Birliklərinin rəhbərlərinə də ünvanlanıb.
Hər iki təşkilatdan saytımıza bildiriblər ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edəcəklər.
Ümid edirik ki, məsələ ilə bağlı hüquq mühafizə orqanları da lazımı tədbirlər görəcək.

Qeyd edək ki, İmişli rayonunu təmsil edən Millət vəkili yox, deputat Əsabil Qasımov , təmsilçisi olduğu rayonun kölgədə qalan kəndlərini tənəzzüldən çıxarmaq əvəzinə onların dərd-sərinə kömək çıxmaq əvəzinə, paytaxt Bakıda iri biznes sahələrini yaratmaqda davam edir.bunahələ ilk sadə nümunə kimi “Karmen ” Un Fabrikini göstərmək olar. Hətta sosial şəbəkələrdə artıq Karmen ununu Armen adı altında satışı ilə məşğul olması barədə də artıq məlumatlar yazılmaqdadır. Budurmu artıq  30 İl bizə   Qarabağ torpaq yanğısını yaşadan o Hayestan dığalarının qarınlarını doyuzduraraq sonra da Azərbaycan parlamentində gəlib əyləşib guya bizə millət vəkilliyi etmək? Düşmən dəyirmanına su tökmək ifadəsi məgər bu baş verənlərin fonunda  Əsabil Qasımov barəsində söyləməyin lüzumu yoxdurmu? Əlbəttə var! Əgər belə deyilsə ay deputat Əsabil bəy, nə əcəb bu Karmen-Armen söhbətini yazan azertaym.az saytına bir cavab olaraq bir mətbuat konfransı keçirmədin .Axı dövlətimiz azad şəkildə press reliz paylaşımı üzrə Paytaxt Bakıda Beynəlxalq Mətbuat Mərkəzi adlı inzibati bina da təşkil etmişdir. Deyimmi, siz niyə bu konfransı təşkil edib medianı debata çağırmırsınız? Bunun çox sadə cavabı var: Siz onagörə bu mətbu konfransı keçirmirsiniz ki, o keçirəcəyiniz konfransa gələn sosial mətbu portal nümayəndələri səni ifşaedəcək  çoxsaylı suallar atəşinə tutacaq! Elə biri mən! Sənə verəcəyim və səni dərhalca qara buluda qərq edən sualım o olar ki, Deputat  Azərbaycanın hansı mövcud qanunvericiliyinə əsasən bizneslə məşğul ola bilər? Mənə elə gəlir ki, təkcə bu bəs edər ki, sizin deputat mandatınızın fəaliyyətinə xitam verilməsini gündəmə gətirmək üçün! 
Və yaxud da , ay hörmətli millət vəkili, məgər siz bir millət vəkili olaraq bu mənsub olduğunuz vətənin azadlığı uğrunda canını fəda edərək  o qarlı-şaxtalı birneçə qış fəsillərini sizdən fərqli  yumşaq yorğan-döşək deyil, bəyaz qar üzərində gecələyərək o azğın dığalarla döyüşən və əlil olan , hazırda isə böyük hüquq pozuntusuna məruz qalan Məhəmmədəli Hacıyevə kömək edə bilməzsinizmi? Ən əsası siz onun bu rastlaşdığı mülk toxunulmazlığı hüququnun müdafiəsinə çıxması nəticəsində zədələnərək Xəstəxanaya düşməsini bildikdən sonra niyə etinasızlıq etdiniz? Axı o müsahibə zamanı onun bu qarşılaşdığı xoşagəlməz halın səbəbi ki məhz sizin yaxın qan qohumunuz  Poleks MMC rəhbəri Şahin  Qasımovu və sizin adınızı çəkir. 
Mövzunu diqqətdə saxlayırıq.  Adıçəkilən Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
(Xəyyam Ayətoğlu)
Qarabağ əlilini döyüb, obyektini dağıtdılar-Qarabağ əlilini döyüb, obyektini dağıtdılar-
Qarabağ əlilini döyüb, obyektini dağıtdılar-
Qarabağ əlilini döyüb, obyektini dağıtdılar-
Qarabağ əlilini döyüb, obyektini dağıtdılar-
Qarabağ əlilini döyüb, obyektini dağıtdılar-
Qarabağ əlilini döyüb, obyektini dağıtdılar-
Qarabağ əlilini döyüb, obyektini dağıtdılar-
Qarabağ əlilini döyüb, obyektini dağıtdılar-
Qarabağ əlilini döyüb, obyektini dağıtdılar-
Qarabağ əlilini döyüb, obyektini dağıtdılar-


Xəbəri paylaş

1 2138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___