“2018-ci il sona yaxınlaşır. Hər il idmançılarla görüş zamanı biz ilin idman yekunlarını müzakirə edirik, gələcək planlar haqqında danışırıq. 2018-ci il ölkəmiz üçün çox uğurlu il olmuşdur. Bütün sahələrdə, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə etmişdir”.
Bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.
“Dünyada isə bildiyiniz kimi, 2018-ci ildə bir çox təhlükəli proseslər getmişdir və demək olar ki, beynəlxalq vəziyyət daha da gərginləşmişdir. Qanlı toqquşmalar, müharibələr, etiraz aksiyaları və digər hadisələr demək olar ki, 2018-ci ilin mənzərəsini əks etdirir.
Azərbaycanda isə sabitlik, təhlükəsizlik təmin edilmişdir. Azərbaycan öz yolu ilə uğurla gedir və qarşıda duran bütün vəzifələri icra edir. Əlbəttə, biz dünyada gedən prosesləri izləyirik. Biz bu proseslərə biganə qala bilmərik. Çünki həm Avropada, həm bizim regionumuzda, Yaxın Şərqdə gedən proseslər narahatlıq doğurur”, - dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev: “Azərbaycan öz yolu ilə uğurla gedir və qarşıda duran bütün vəzifələri icra edir”
Tarix: 13-12-2018 | Saat: 16:27
Bölmə:M / Karusel | çapa göndər
Xəbəri paylaş
3558 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-12-2018 | Saat: 16:27
Bölmə:M / Karusel | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
9-03-2017, 21:11
5 tələbənin öldüyü qəzanı törədən sürücü danışdı - VİDEO
31-12-2015, 22:53
Nazir: Məqsədimiz işğal altında olan torpaqları azad etməkdir - FOTO
20-04-2016, 12:03
İran neftini daşımağa gəmi axtarır
16-04-2015, 02:02
Mühafizəçilər 29 yaşlı şəxsi səhvən başından güllələdi- Xızıda
5-04-2017, 17:15
"Oğlum mənə ilk dəfə "ata" deyəndə dizlərim kilidləndi..." - Doğuş ailəsindən danışdı
1-09-2022, 12:59
Bərdədə təcavüzə uğrayan qız Bakıya GƏTİRİLİR? – “Orada reabilitasiya olunacağına əmin deyiləm”
25-10-2018, 14:00
Sabah çətirsiz evdən çıxmayın!- XƏBƏRDARLIQ
25-07-2023, 14:37
Ayaqlarımızın altında bitən QARACİYƏR DƏRMANI
10-09-2017, 10:44
Bu vitaminin çatışmazlığı xərçəngə səbəb olurmuş - FOTO
23-04-2016, 10:22
BOŞA KEÇƏN ÖMRÜM ÜÇÜN PEŞMANAM!!! Həyat Hekayəsi 1-ci HİSSƏ