Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
BOŞA KEÇƏN ÖMRÜM ÜÇÜN PEŞMANAM!!! Həyat Hekayəsi
Tarix: 23-04-2016 | Saat: 10:22
Bölmə:Karusel / Maraqlı / M2 / Müsahibə | çapa göndər

BOŞA KEÇƏN ÖMRÜM ÜÇÜN PEŞMANAM!!! Həyat Hekayəsi

Məhəbbət – hələ də tam dəqiqliyi ilə açılmayan qapalı bir sirrdir. Əslində, dünya elə məhəbbət üzərində bərqərar olub. Dahi şair M.Füzuli “Eşqsız ey dünya nədir dəyərin?” söyləyərkən elə buna işarə etmişdir. Bəs niyə hər kəsin sevgiyə ehtiyacı olduğu təqdirdə, məhəbbətin sirrini hələ də açan olmayıb? Bu suala çətin ki cavab tapılar, çünki bu duyğunun İlahi bir duyğu olduğuna inanıram. Bu səbəbdəndir ki hər kəs, sevdiyi biri ilə ailə quraraq xoşbəxt olacağını düşünürlər, bəzən isə bu istəklər baş tutmur. Sevdiyi ilə evlənməyə kimsə və ya kimlərsə mane olmağa çalışır. Əsasən bu maneələr və təzyiqlər valideynlər tərəfindən qız uşaqlarına tətbiq olunur. Çox zaman isə bu hallar “uğurlu” olur. Övlad valideynlərinin sözündən çıxa bilmir və nəticədə öz bədbəxtçiliyə imza atır.
Bu dəfəki müsahibim Əliyeva Sevinc adlı qəhrəmanımdır. Sevinci sosial şəbəkələrin birindən tanıdım. Qəmli statuslar paylaşırdı, marağımı gizlədə bilməyib mesaj yazdım. Bir neçə şablon mesajdan sonra dərdinin nə olduğunu soruşdum. “Falçıların” deyimindən istifadə edib həyatında yaxşı şeylər olmadığını kədərli günlər yaşadığını dedim. -Axı hər kəsin həyatında bütün günlər xoş keçmir və sözsüz ki kədərli, xoşagəlməz hallar olur-. Bir neçə yazışmadan sonra jurnalist olduğumu bildirdim. Əgər razıdırsa müsahibə götürməyimi təklif etdim, həqiqətən də böyük dərdi olduğunu intiusiyam deyirdi mənə. Onun bu halına biganə qala bilməzdim, jurnalist kimi deyil bir insan kimi də dinləmək istəyiridim. Jurnalist olduğumu bildikdə ilk öncə qətiyyətlə etiraz etdi, danışmaq istəmədiyini, qorxduğunu dedi. Adının gizli qalacağını, bütün məlumatlarının dəyişəcəyini əmin etdim. Həmin gün yox dedi israr etmədim. 2 gün heçnə yazmadım 2 gün sonra nədənsə gözləmədən fikrini dəyişdiyini və görüşə biləcəyini dedi. Çox sevindim həqiqətən onun taleyi mənə çox maraqlı idi. 2 gün sonra əvvəlcədən danışdığımız yerdə restoranda görüş təyin etdik. Görüş yerinə öncədən və hazırlıqlı getmişdim. 2 ci mərtəbədə, açıq havada, kənarda bir masada gözləməyə başladım. Təxminən 15-20 dəqiqə gözlədikdən sonra Gəlməyəcəyini düşünmüşdüm. Bu gözləntilərim ümidsizliklə əvəz olunduğu anda mobil telefonuma Sevincin zəng etdiyini gördüm, cavab verdim. Gəldiyini dedikdə 2 ci mərtəbəyə çıxmasını xahiş etdim...
Orta boylu saçı yana səliqə ilə tökülmüş sarışın bir xanımı gördüm qarşımda. -Həyəcanlı idi... Sanki nədənsə narahat idi. Rahat olmasını söylədim. Gözlərinin dərinliyində kədər və qorxu vardı. “Ofisanta” 1 çaynik çay gətirməsini xahiş etdim. əvəldən oturduğum masada oturduq. Yayın sonları idi deyə elədə isti yox idi sərin meh vardı, hava tutqun idi. Həyacanını aradan qaldırmaq üçün söhbətə başladıq.
-öncəliklə gəldiyiniz üçün minnətdaram... çox sağolun ki müsahibə vermək istədiniz.
- Əsl siz sağolun ki, vaxtınızı ayırdınız, inanın bu dərd məni lap öldürür. İçimdəki sirrimi heçkimlə paylaşmaq istəmirdim. Düzü ilk öncə tərəddüd etdm, nə yalan danışım qorxdum asan iş deyil bütün sirrini kiməsə danışmaq, ama bəzən elə hisslər olur ki tanımadığın biriylə dərdləşmək istərsən, bax məndə də elə oldu, onunçün təklifini qəbul etdim amma öncədən deyim ki, söz verdiyiniz kimi yazını nəşr etmədən öncə mənə aid olan bütün məlumatları dəyişin.
Başımla razılıq işarəsini verdim və səsinin yazılması üçün icazə istədim, razı oldu. Diktafonu işə saldım və başlaması üçün işarə etdim
- 22 yaşım var, evdə anamla bir yedrə yaşayırıq, böyük qardaşım Rasiyada yaşayır ailəlidir atam isə illər öncə qəzada rəhmətə gedib. Anam məni baxdı böyütdü. Anamı çox istəyirdim... Əslində elə indidə istəyirəm ama, ürəyimdə ona qarşı küskünlük var.
- niyə? Axı ana müqəddəsdir ondan inciməkmi olar?
- bəli müqəddəsdir elə ona görə sadəcə incimişəm başqa şəxs olsaydı həyatımdan silib ataradım həmin şəxsi. Sonda siz özünüzdə mənə haqq verəcəksiniz.
Maraq dolusu baxışlarla dinləyirdim. Axı 1 övladın valideynindən iciməsinə səbəb nə ola bilərdi. Ana övladını incidəcək qədər nə günah iş görə bilərdi? Söhbətimizi ofisantın gəlişi pozdu, çayı servis etdikdən sonra söhbətə davam etdik.
- Bakıya yaxın qəsəbədə yaşayırıq, ali təhsilim yoxdur. Orta məktəbi bitirdim bir neçə ay evdə boş oturduqdan sonra dolanışımığızın zəyif olduğu üçün Cəmilə xalanın yanında dərzi işləməyə başladım.
-Cəmilə xala kimdir?
-Anamın əmisiqızı. Çox yaxşı qadın idi.
Həmdə əlimdə sənət olsun istəyirdim ən azından dar günümüzdə dərzilik edib çörək pulu qazanaram deyə anam məsləhət bilmişdi, Bir müddət işə gedib gəldim. Cəmilə xala çox yaxşı biri idi , hardasa 37-38 yaşı olardı məni çox istəyridi mənimlə rəfiqə kimi idi nə lazım idisə onunla asan dərdləşə bilərdim. Bir gün evə gələrkən bir oğlanın məni izlədiyini hiss etdim. Sözün açığı yaraşıqlı oğlan idi. Orta boylu canlı biri idi. İdmanla məşğul olduğu hiss olunurdu. Təxminən bu hadisə 15-20 gün davam etdi. Nə yalan danışım işə gedib gələrkən gözlərim onu axtarırdı. mənim də ona qarşı hisslərim fərqli idi. Evdən çıxarkən sanki ona gözəl görünmək üçün əlimdən gələni edirdim. Cəmilə xala məndə bu dəyişikliyi hiss etmişdi. Bunun səbəbini də zarafata salıb hər dəfə “yoxsa qonağınmı var,” deyirdi məndə həmişə gülərək yox sadəcə özümə fikir verməyi sevirəm deyirdim. Bir gün işdən evə gedərkən mənə yaxınlaşdı salam verdi başımla salamını aldım. tanış olmaq istəyini, məndən çox xoşu gəldiyini, fikrinin ciddi olduğunu, 1 nəfəsə söz haqqı vermədən bildirdi. Çox səmimi danışırdı. Gözlərində elə ümid var idi ki. Sanki oda hiss etmişdi ona qarşı olan hislərimi. Həyəcanlı idim yox demək istəyirdim ama deyə bilmirdim düşünərəm deyə bildim sadəcə. Kağızda nömrəsini uzatdı və istədiyi vaxtı zəng etməsini bildirdi kağıza baxdım Adı Nicat və 055....
Sözünü kəsmədən dinləyirdim nəticəni təxmin etmişdim sanki. AYRILIQ! Etiraf edim ki indiki gənclərin ən yaralı yeridir sevgi! kimə yaxınlaşsan sevgidən əzab çekdiyini deyəcək. Ama sanki bu tam fərqli idi.
-1 həftə sonra oğlana zəng etdim. Mən olduğumu bildikdə çox sevindi həyacanla buyur dedi mən isə bir birimizi tanımaq lazım olduğunu söylədim.
Telefonun o tərəfindən sanki bir uşaq kimi sevindiyi hiss olunurdu. Ilk öncələr telefonla Axşamlar yatanda danışırdıq danışırdıq anam bilməsin deyə. Onunla xoşbəxt idim vaxtaşırı görüşürdük həqiqətən sevdiyinə əmin idim. Onunla görüşəndə özümü dünyanın ən xoşbəxt insanı kimi hiss edirdim. Heç zaman ayrılmayacağımıza qərar vermişdik. “Sənin gəlin paltar geyindiyin günü məndə bəy kastyumu geyinəcəm” deyə söz vermişdi mənə. Həmişədə çağıranda Şirinəm deyərdi mənə. “Şirinlər” çizgifilmidəki Şirinəyə oxşadardı məni. Telefonuda da mənim nömrəmi şirinəm adı ilə qeyd etmişdi. Artıq ailəsindən də bilirdilər. təxminən 1 ilə yaxın görüşdük. Bu görüşümüz haqqında artıq Cəmilə xalaya da demişdim. Oda yaxşı oğlana oxşadığını yenədə mənim qərar verməyimi demişdi. Zaman keçdikcə bir birimizi dəli kimi sevdiyimizi anlamışdıq. Hətta bir dəfə ad günümdə görüş təyin etmişdik. Oğlan imkanı az idi deyə dəbdəbəli hədiyyə gözləmirdim ama 1 gül alar deyə düşünürdüm. Görüş yerinə getdikdə, oğlanın əliboş gəldiyini görüb çox məyus oldum bir gül nədiki onu ala bilərdi. Qanım qaralmışdı. Oda bunu hiss etdi. 1 skamyada oturduq. əlini cibinə atıb cibindən mavi rəngdə balaca “Şirinə” oyuncağını almışdı. Çox duyğulanmışdım. Ona haqsızlıq etdiyimi düşündüm, utandım. Sadəcə onu bərk qucaqladım ömrümdə aldığım ən dəyərli hədiyyə idi. Həmin günü bir yerdə oturub dönər yedik və şəkil çəkdirdik. Günün xatirəsi olar deyə. Evlənəndə bu şəkilə baxarıq. Uşaqlarımıza da danışarıq deyə xəyalda qurmuşduq uşaq kimi. Həmin günü unutmaram heçvaxt.
Gözləri doldu, çantasını açdı, içindən həmin günə özəl şəkil və həmin oyuncağını çıxartdı.
Çox qəribə hislər keçirdim. Həqiqətəndə onun yerinə pis olmuşdum. Anlaşılan onu çox sevmişdi.
-Anama demək istəyirdim ama Oğlan kasıb biri idi deyə tərəddüd edirdim anam qarşı çıxar deyə. düzü bizim dolanışığımızda super deyildi, qardaşım 2-3 aydan bir göndərdiyi pulla və birdə anamın sosial təqaüdü ilə bir təhər dolanırdıq, birdə mən işləyirdim, aldığım maaş isə yol xərci əyin başıma ancaq çatırdı. Əsas məsələ evdən pul istəməyim. Bir gün işdən evə qayıdarkən anamın əsəbi olduğunu gördüm bir söz demədən evə keçdim. Arxamca otağa daxil olub Nicatı haqda danışmağımı istədi sakit durdum. Utanmışdım. kimsə bizi yolda görmüş anama demişdi. Anamda məndən xəbərsiz oğlan haqqında bəzi məlumatlar əldə edib, kasıb olduğunu bildikdə qarşı çıxdığını bildirdi. Bir qədər məsləhət verirdi heç birini eşitmək istəmirdim çünki Nicatı sevirdim ancaq bu sözlər məni fikrimdən daşındırdı. “Mən kasıbçılıqla səni böyütdüm çox korluq çəkmişəm, istəmirəm səndə həyatın boyu çətinlik görəsən əgər onunla evlənsən haqqımı halal eləmərəm” dedi. O zaman Qarşı çıxa bilmədim çünki anamın mənim üstümdə çox haqqı var idi. Hamı kimi məndə evdən ağ gəlinliklə çıxmaq istəyirdim. Anamın, qardaşımın xeyir duası ilə. İlk öncə işdən çıxartdı. Onda Cəmilə xalada Anama sevənləri ayırma deyə təkid etmişdi. Anamın fikrini heçnə dəyişdirmədi əfsuslar olsun ki. Nicata zəng etdim olanları olduğu kimi izah etdim. Son dəfə görüşdük. Ikimiz də bunun son olduğunu bilirdik. Məndən qaçmağımızı istədi ama mən anama bu haqsızlığı edə bilməzdim. Olmaz dedim çox israr etdi ama fikrimin qəti olduğunu başa düşdü. Uzun sakitçilikdən sonra Başqası ilə ailə quracağımı dedim. Oğlan sanki dəliyə döndü mənə inanmadı anamın yanına getdi. anamla danışdı yenədə anam razı olmadı və artıq başqasına sözlü olduğumu bildirdi.
Ardı var...
Elmir Hüseynli


Xəbəri paylaş

1 4778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___