Qızıl medallı məzunlarla bağlı güzəşt ləğv olundu - Onlar da qəbul imtahanları verəcəklər
Tarix: 06-12-2018 | Saat: 11:55
Bölmə:M / Karusel / Təhsil | çapa göndər
Orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı “Ümumi təhsil haqqında” qanun layihəsində qeyd edilən müddəa ictimaiyyət, təhsil ekspertləri, müəllimlər tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.
Xəbəraz.Az xəbər verir ki,Milli Məclisin Elm və təhsil komitəsinin eksperti Coşqun Məmmədov modern.az-a bildirib ki, orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı müddəa “Ümumi təhsil haqqında” qanun layihəsindən çıxarılıb.
“Müzakirələrdən sonra plenar iclasa tövsiyə edilən sənədin yekun variantında orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı müddəa öz əksini tapmayıb. Qanun layihəsinə təkliflərini vermək istəyən hər bir təhsil eksperti, ictimaiyyət nümayəndələri, müəllimlərin təkliflərinə hər zaman açığıq. Həmin təkliflər Milli Məclisin Elm və təhsil komitəsinin İşçi qrupu tərəfindən dəyərləndiriləcək və daha sonra isə məqbul hesab edilən təkliflər qanun layihəsində öz əksini tapacaq”.
Qeyd edək ki, Milli Məclisdə hazırlanan yeni “Ümumi təhsil haqqında” qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilmişdi ki, orta təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar. Amma ictimai müzakirələrdən sonra artıq bu müddəa layihədən çıxarılıb.
Xəbəri paylaş
5418 dəfə oxunub.
Digər xəbərlər

20-02-2017, 01:20
Xərçəng olan Azərbaycanın tanınmış jurmalistinə dəstək olaq! – FOTO
4-11-2016, 22:36
"Nizami" metrosunda qadının cibindən telefonu belə çıxartdı - VİDEO
3-10-2017, 12:11
"Galenvagen" sürən azərbaycanlı qadın müğənni sürət həddini aşdı - 90 olan yerdə 140-la sürdü
12-02-2016, 23:44
Lenini belə çimizdirirlər - Video
10-07-2016, 14:29
Həftənin ilk gününün hava proqnozu - LEYSAN, DOLU, KÜLƏK...
13-05-2016, 19:03
Bizi türk kəşfiyyatına Bərzani satır - PKK
29-09-2015, 01:28
AFFA rəhbərliyi ilə “İdman Azərbaycan” arasında - Qalmaqal
1-04-2023, 11:55
Şahdağda 22 sm qar yağıb - Faktiki hava
13-06-2015, 12:55
Alim Qasımovla görüşü zamanı çox heyrətləndi".
9-05-2015, 16:40
Ronaldu Nepalda zəlzələ qurbanlarına 7 milyon avro kömək edib.