General dünən Ceyhunu ölümdən xilas etdi - Direktor
Tarix: 13-07-2018 | Saat: 14:39
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğının qarşısını alarkən Ağsu rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı həyatını itirmək təhlükəsi ilə üz-üzə qalıb.
"Xəbəraz.az " xəbər verir ki, bunu Bizimyol.info-ya hadisənin şahidi olan Bico kənd orta məktəbinin direktoru Yaşar Qarayev bildirib.
“Dünən saat 14:30 radələrində Ağsu rayonunun Bico kəndində yanğın başladı. Hadisə yerinə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlmişdi. Onu yanğın baş verən əraziyə “Niva” markalı avtomobilimlə aparırdım. Bir sahəni söndürdükdən sonra növbəti sahəyə gedirdik. Tüstüdən, toz-torpaqdan ətrafı görmək çətin idi”, - deyə Y.Qarayev bildirib.
Direktor deyib ki, onlar avtomobillə hərəkət edərkən bir şəxsi yerdə uzanmış halda görüb dərhal maşını saxlayıblar:
“Öncə elə bildik o şəxs həyatını itirib. Fövqəladə hallar nazirinin müavini dərhal ona ilkin tibbi yardım göstərdi. Sonra bildik ki Etibar Mirzəyevin ölümdən xilas etdiyi şəxs Ağsu rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Ceyhun adlı əməkdaşıdır”.
Xəbəri paylaş
7548 dəfə oxunub.
Digər xəbərlər

7-02-2022, 13:14
Qapanmalar ola bilər: yoluxma sayı yüksəkdir
10-07-2017, 11:25
Roberto Karlosun 9-cu uşağı oldu
30-03-2015, 17:34
Futbolda görülməmiş olay 15 qırmızı kart
24-11-2023, 09:47
Azərbaycanlı qadınları xaricdə satan Gülsevər tutuldu
1-07-2017, 14:09
Leyla Əliyeva uşaqlarla birgə əyləncə proqramında – FOTO
10-11-2020, 00:29
Ermənistanın 17 siyasi partiyası Paşinyanın istefasını tələb edir
21-11-2016, 11:35
Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs edilib
17-03-2016, 19:36
Nəsibə Zeynalovanın 100 illik yubileyi keçiriləcək VIDEO
31-01-2016, 15:40
"Mənim Aygün Kazımova ilə nə işim var?" - Fatimə
21-05-2017, 12:19
Qatıq suyu ilə bir çox xəstəlikdən qurtulun