Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fermerlərə xəbərdarlıq
Tarix: 6-07-2018, 10:16 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Siyasət | çapa göndər



Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) havaların isti keçməsi ilə əlaqədar heyvandarlıq təsərrüfatlarında görülməsi vacib olan tədbirlərlə bağlı xəbərdarlıq edib.
 
APA-nın xəbərinə görə, Dövlət Baytarlıq Xidməti bildirir ki, anomal isti hava şəraiti dövründə kənd təsərrüfatı heyvanları və ev quşları arasında qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi zəruridir.
 
Dövlət Baytarlıq Xidməti fermerlərə tövsiyə edir ki, heyvanları günün isti vaxtlarında (saat 11:00-dan 17:00-dək) günvurmadan qorumaq üçün baytarlıq-sanitariya qaydalarına uyğun saxlamaq, iri və xırdabuynuzlu heyvanları qan-parazitar xəstəliklərdən qorumaq məqsədilə baytar həkiminin nəzarəti altında vaxtlı-vaxtında çimizdirmək, iribuynuzlu damazlıq heyvanları sərinləşdirici vasitələrdən istifadə edərək temperatur rejimini tənzimləməklə, yaşıl yem kütləsi və təmiz içməli su ilə təmin etmək lazımdır.
 
Xidmət həmçinin rayon (şəhər) baytarlıq idarələrinə əhaliyə məxsus heyvanlar və quşlar arasında profilaktik peyvəndləmələrin, baytarlıq tədbirlərinin epizootik plana müvafiq vaxtlı-vaxtında, təlimata uyğun yerinə yetirilməsini tapşırır

2318 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___