Şəhid və itkin ailələrinə “qanpulu” bu tarixdən veriləcək - Nazirlikdən AÇIQLAMA
Tarix: 07-06-2018 | Saat: 10:24
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyev bir müddət əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalayıb.
Fərmana görə, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə veriləcək.
Bəs şəhid və itkin ailələrinə “qanpulu” adlandırılan ödəmələrin verilməsinə nə vaxtdan başlanılacaq?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, şəhid və itkinlərin vərəsələrinə birdəfəlik ödənişin edilməsi üçün yaradılan yeni qaydalar 11 min manatın 1-dən artıq vərəsə arasında bərabər və şəffaf bölünməsinə imkan yaradacaq.
Qeyd olunub ki, şəhid ailələrinə birdəfəlik ödəmələrin vaxtında edilməsi üçün işlər sürətlə davam etdirilir:
“Avqust ayının əvvəlinə qədər şəhid ailələrinin ümumiləşdirilmiş siyahısı və onlar haqda məlumatlar 3 dövlət qurumu-Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediləcək.
Notariat orqanları tərəfindən vətəndaşlara vərəsəlik hüququnu təsdiq edən sənədlərin verilməsi yalnız nazirliyin rəsmi saytındakı siyahı əsasında həyata keçiriləcək. Bu siyahının isə sentyabr ayının ortalarında nazirliyin rəsmi saytında dərc edilməsi planlaşdırılır. Bu tarixdən etibarən vərəsəlik hüququ təsdiq edilən şəxslərin birdələlik ödəməni alması üçün yalnız notariat orqanlarına müraciət etməsi kifayət edəcək”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin şəhid vərəsələrinə birdəfəlik ödəmələrin edilməsi üçün 19 apreldə imzaladığı fərman 1997-ci il avqustun 2-dək şəhid olan və itkin düşən şəxslərin ailələrinə şamil edilir. İlkin hesablamalara görə, bu fərman 9 minə yaxın şəhid və itkin ailəsinə şamil ediləcək ki, bu da 100 milyon manatdan çox vəsait deməkdir.
Xəbəri paylaş
8468 dəfə oxunub.
Digər xəbərlər

13-03-2023, 13:08
Bakıda nişan məclisində faciə - 23 yaşlı oğlan öldü
15-08-2016, 16:12
Sumqayıtda DƏHŞƏTLİ QƏZA: bir ailə məhv oldu - FOTO
11-10-2022, 14:51
Nərimanov Tibb Mərkəzində nələr baş verir ? Mərkəzin direktoru Fazil Alməmmədov 55 yaşlı həkimi işdən azad edərək, 68 yaşlı təqaüdçünü onun yerinə təyin edib…
28-10-2016, 15:10
“Uşağım yemir”, - deyən analara XƏBƏRDARLIQ: bu, bir xəstəlikdir
26-10-2015, 15:30
Adnan Oktarın “kediciyi”ndən qalmaqallı fotolar
31-01-2017, 16:20
"Hər zaman susmaqla mübarizə aparmışam" - Həmidə Ömərova
7-01-2018, 11:54
Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi
18-05-2017, 16:00
"Bir oğlum var, nə edim, qorxuram" - Brilliant Dadaşova
26-10-2021, 20:40
Nizami rayonunda Qubadlının işğaldan azad olunması günü qazilərlə birgə qeyd edildi - FOTO