“Baş nazirin yeni müavinlərinin təyin olunması gözlənilir”
Tarix: 05-05-2018 | Saat: 18:02
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər
Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib.
Hazırda hökumətə rəhbərlik edən Baş nazir Novruz Məmmədovun üç müavini var: Baş nazirin birinci müavini Yaqub Eyyubov; baş nazirin müavinləri Əli Əhmədov, Əli Həsənov, Hacıbala Abutalıbov.
Yeri gəlmişkən, hökumətin əvvəlki tərkibində Baş nazirin 6 müavini vardı: birinci müavin Yaqub Eyyubov, müavinlər Əli Əhmədov, Əli Həsənov, İsmət Abasov, Abid Şərifov, Elçin Əfəndiyev.
İndi isə yenilənmiş tərkibdə 4 müavin qalıb. Bəzi məlumatlara görə, baş nazirin müavinləri ixtisar olunub, digər xəbərlərə görə isə əksinə, iki yeni təyinat da gerşəkləşə bilər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib ki, Nazirlər Kabinetinin strukturu ölkə rəhbəri tərəfindən müəyyənləşdirilir.
“Hökumətin mühüm nazirliklərinə və komitə rəhbərliklərinə olan təyinatları görmüşük. Eyni zamanda baş nazir və onun müavinləri də təsdiq olunublar. Lakin Nazirlər Kabinetinin tərkibində müəyyən vakansiyalar mövcuddur. Bununla bağlı parlament üzvlərinin mülahizə söyləməsi bir qədər yanlış olardı. Keçmişdə o fikri çox vurğulayırdıq ki, hökumət kompakt olmalıdır, onun dəqiq tərkibi elə formada qurulmalıdır ki, burada əlavə məmur sayına ehtiyac olmasın, paralelçiliklər özünü göstərməsin. Digər tərəfdən baş nazirin müavinləri müxtəlif sahələri kurasiya edirlər. Bu isə özü-özlüyündə hökumətdə daha fəal bir şəkildə nəzərdə tutulan müxtəlif sahələri nəzarətdə saxlamağa, dövlət rəhbəri tərəfindən irəli sürülən tapşırıq, tövsiyyə, qarşıya qoyulıan vəzifələrin yerinə yetirilməsinə şərait yaradır”.
Deputat Nazirlər Kabinetinin ləğv edilməsini və yaxud Prezident Administrasiyası ilə birləşdirilməsi istiqamətində səsləndirilən fikirləri düzgün hesab etmir.
“Hesab edirəm ki, bu bir tərəfdən qarışıqlıq yaradar. Digər tərəfdən isə arzu etdiyimiz səmərəni verməz. Uzun illər ərzində sınaqdan çıxmış modellər var. Dövlət idarəçiliyi sadəcə arzularla, təsadüfi düşüncələrlə, hisslərlə qurula bilməz. Nəzərə almayıq ki, hökumətin üzərinə müxtəlif xarakterli vəzifələr düşür. Bizə bəllidir ki, müəyyən zamandan sonra öz fəaliyyətlərini doğrultmayan şəxslərlə bağlı ölkə rəhbəri tərəfindən kəskin qərarlar verilir. Xatırlayırsınızsa, bu ilin martında hökumətin hesabatı zamanı mən demişdim ki, 1 ilə qiymət verilmir. Çünki seçkidən sonra hər bir nazirin fəaliyyəti ötən 5 ilin konteksində dəyər alacaq. Bu çox vacib bir məsələdir. Baş nazir və onun müavinləri çox yaxşı başa düşürlər ki, ölkə rəhbəri bu çevik sistemdə yer almayan və yaxud etimadı doğrultmayan hər kəsi uzun müddəti gözləmədən dəyişdirəcək”.
Xəbəri paylaş
7888 dəfə oxunub.
Digər xəbərlər

29-08-2016, 20:34
Azərbaycanda qəzalı vəziyyətdə olan bina çöküb - FOTO
12-11-2017, 14:03
Sabah yağış yağacaq
26-12-2017, 12:44
Şəmkirdə azyaşlı bacılar itkin düşüb
21-01-2020, 11:51
“Getsin alverini eləsin, Milli Məclisdə nə işi var?” - Zaur Əhməd
4-04-2016, 21:26
ABŞ səfirliyi vətəndaşlarına Qarabağa səfər etməməyi məsləhət görüb
28-04-2016, 14:09
Ordumuz dərhal əməliyyata başlaya bilər – Konvensiya
17-02-2023, 12:50
"Gecə yata bilmirəm, psixoloqa gedəcəyəm" - Məleykə ağladı
19-08-2021, 13:33
“Marin Group” şirkəti insanları evlərindən sürüyə-sürüyə çıxardır - Vətəndaşdan İDDİA
27-11-2022, 11:40
Azərbaycanda istehsal olunmuş yod apteklərdə satışa çıxarılacaq
19-05-2020, 08:30
Putin İlham Əliyevə zəng etdi