Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
1-ci sinif şagirdinin zorlanması xəbəri yayılan məktəb haqda - ŞOK İDDİALAR
Tarix: 27-04-2018, 10:53 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Gündəm / Hadisə / Reportaj | çapa göndər



Bakının Xətai rayonundakı 263 saylı orta məktəbdə 1-ci sinifdə oxuyan oğlan uşağının həmin məktəbin 10-cu sinif şagirdi (bəzi məlumata görə iki şagirdi) tərəfindən zorlanması, yaxud seksual zorakılığa məruz qalması iddiaları ilə bağlı qalmaqaldan sonra bu gün məktəbdə valideyn iclası keçirilib. İclasda direktor Nurqələm Bayramova və uşağın himayəçisi qismində çıxış edən xalası məlumatı yayanları məhkəmə ilə hədələyib.

Xəbəraz.Az xəbər verir ki, bu barədə virtualaz.org saytına iclasdan çıxan valideynlər məlumat veriblər. "Dedilər ki, uşağın valideynləri qəzada ölüb, onu xalasının himayəsinə veriblər. Xalası da bildirdi ki, uşaq məktəbin tualetində yıxılıb, zorlamada ittiham olunan uşaqlar isə əksinə, ona köməklik ediblər, yerdən qaldırıblar”, -valideynlərdən biri söyləyib.

Direktor isə valideyinləri sakitləşdirərək bu məlumatın "qəsdən yayıldığını”, məktəbə qarşı "təxribat” olduğunu deyib. Bildirib ki, məsələ artıq yoluna qoyulub, polisə də müvafiq izahat verilib.

Valideynlər deyiblər ki, uşağın xalasının hədəsindən sonra heç kim etiraz etməyib, hadisənin düzgün araşdırılmasında israr etməyib. "Görəndə ki, uşağın himayəçisi direktorun dediyini deyir, biz nə edə bilərdik? Ona görə də heç kim məsələnin düzgün araşdırılmasında israr etmədi”-iclasdan çıxan valideyinlərdən biri danışıb.

Direktor Nurqələm Bayramova isə gün ərzində sayt əməkdaşlarının telefon zənglərinə cavab verməyib. Məktəbdəki mənbələr deyir ki, Xətai rayon Polis İdarəsinin təhqiqatçısı dünən direktorun iştirakı ilə zorakılığa məruz qalan azyaşlının xalasından ifadə alıb. "Qadın ifadəni təhqiqatçının diqtəsi ilə yazırdı. Təhqiqatçı ona diqtə edib yazdırdı ki, uşağa qarşı seksual zorakılığın olduğu təsdiqini tapmayıb”.

DİN-in mətbuat xidməti isə "faktın deyilən formada təsdiqini tapmadığını” deyib.

Maraqlıdır ki, direktorun iclasda valideyinlərə dedikləri ilə onun ötən gün məktəbin qarşısına toplaşan valideyinlərin qarşısında dedikləri ilə üst-üstə düşmür. Çünki direktor əvvəlcə "10-cu sinif şagirdinin 1-ci sinif şagirdini vurduğu”, insidentin ancaq bundan ibarət olduğunu demişdi. İndi isə o, iclasda tamam fərqli versiya ilə çıxış edib.

Xatırladaq ki, valideyinlərin dediklərinə görə direktor məktəbdə baş vermiş seksual zorakılıq cinayətini ört-basdır etmək üçün həmin 10-cu sinif şagirdinin valideyinləri ilə anlaşıb, zorakılığa məruz qalan uşağın xalasına 2 min manat verib. Direktor özü bu deyilənləri rədd edir.

"Uşaq mənim övladımla birgə oxuyur. Oğlum dedi ki, bu gün dərsə gəlib, amma sinifdə heç bir uşaqla danışmayıb. Xalası iclasda dedi ki, onun uşağını biabır etmək istəyənləri cəzalandıracaq, bu onun və məktəbin işidir, digərlərinin qarışması düzgün deyil. Polis də belə hadisənin baş vermədiyini söyləyəndən sonra valideynlərin deməyə sözü qalmadı”-bunu da direktorun iclasında iştirak etmiş başqa valideyin deyir.

Valideynlər onu da əlavə ediblər ki, hadisədən sonra məktəbdə nəzarət gücləndirilib, kənar şəxslər, hətta valideynlər içəri buraxılmır. İbtidai sinif müəllimlərinə uşaqlara nəzarət etmələri tapşırılıb, dərs vaxtı uşaqlar ayaqyoluna buraxılmır. Hadisədən sonra nəzarətçilər təyin edilib, ayaqyolu və dəhlizdə gəzirlər.

Sual yaranır, əgər məktəbdə belə hadisə baş verməyibsə o zaman direktor niyə ayaqyoluna və dəhlizlərə nəzarətçilər təyin edib, uşaqları dərs vaxtı ayaqyoluna buraxmamağı tapşırıb?

Yuxarı sinif şagirdləri isə deyirlər ki, zorlama həqiqətən baş verib, sadəcə məsələni gizlətməyə çalışırlar.

"Hadisə dərs vaxtı olub, tualetdə uşaqdan başqa heç kim yoxmuş. Zorlayanlar qalıb bir kənarda, başqa bir uşağın boynuna qoymağa çalışıblar. Həmin oğlanı uşağa göstəriblər, o da tanımadığını deyib. Direktor həmin uşaqların kim olduğunu yaxşı bilir. Onuncular məktəbə yalnız həftənin 2 günü gəlirlər, digər günlər repititor yanına gedirlər. Eşitdiyimizə görə oğlanların biri məktəbin yaxınlığında yaşayır. Hadisədən sonra qorxusundan məktəbə gəlmirlər”-yuxarı sinif şagirdlərindən biri deyib.

Məktəbdə olan daha bir mənbə isə deyib ki, uşaq ona qarşı iyrənc hərəkət edən 10-cu sinif şagirdinin əlamətlərini sadalayıb-eynək taxır, üzü sızanaqlıdır.

Təhsil eksperti Kamran Əsədli məktəb ətrafında bu qalmaqalı virtualaz.org-a şərh edərkən deyib ki, onun da məktəbdəki mənbələri zorlama hadisəsinin olduğunu təsdiqləyir.

"Məktəbdə belə cinayət verirsə, buna görə məktəb direktoru, tərbiyə işləri üzrə müavin və sinif rəhbəri məsuliyyət daşıyır. Hadisə araşdırılanadək hər üçü vəzifəsindən kənarlaşdırılmalıdır. Mən şokdayam, başqa heç nə deyə bilmirəm. Hadisə olubsa və bu işi ört-basdır edirlərsə qoy onların da övladlarının başına belə hadisə gəlsin”-K.Əsədli deyir.

Lakin göründüyü kimi bu cür dəhşətli cinayət əməlinin baş verdiyi iddia edilən məktəbin direktoru, müavini və sinif rəhbəri vəzifələrindən hələ də kənarlaşdırılmayıb. Bakı şəhər Təhsil İdarəsinin rəisi Məhəbbət Vəliyeva da hələ ortaya çıxıb məktəbdə nə baş verdiyi haqda danışmayıb, məsələyə münasibət bildirməyib və məktəb rəhbərliyi barəsində tədbir görməyib. Hansı ki, təhsil sferası üzrə mütəxəssislər deyirlər ki, Bakı məktəbləri məhz M.Vəliyevanın bu vəzifəyə təyin olunmasından sonra əsl bazara çevrilib. Repititor yanına gedən yuxarı snif şagirdlərinin pul qarşılığında dərslərdən azad edilməsi, uşaqlardan pul yığılması, müəllimlərin dərs keçməkdən başqa nə işlə desən məşğul olması onun vaxtında geniş yayılıb.



7308 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
8-06-2016, 14:38 Neft 52 dolları ötdü
14-12-2017, 13:40 Ordumuz şəhid verdi

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___