Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
Sarkisyan uduzur, Əliyev tezliklə İrəvanı... – Erməni ekspert
Tarix: 14-03-2018, 17:07 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Siyasət | çapa göndər



Azərbaycanda keçirilən təlimlərin məqsədi Ermənistanı məhv etməkdir.
Bu sözləri Ermənistanın 1in.am saytına Azərbaycanda genişmiqyaslı hərbi təlimləri şərh edən erməni politoloq Levon Şirinyan deyib. L.Şirinyan Azərbaycanın Ermənistana qarşı qətiyyətli mübarizə apardığını qeyd edib:
“Azərbaycan vurur, dağıdır, yeni resurslarla mübarizəsini davam etdirir. Bunun da kulminasiya nöqtəsi real döyüş hazırlığı təlimləridir. Qarabağda, cəbhə xəttinə yaxın məsafədə bu miqyasda qoşun və hərbi texnikanın yerləşdirilməsi halında Ermənistan qoşunlarının döyüş hazırlığı vəziyyətinə gətirilməməsi çox pis nəticələrə səbəb ola bilər. Aydındır ki, hərbi rəhbərlikdə və digər dövlət qurumlarında təlimlərlə bağlı gərginlik var. Ancaq Azərbaycanın bu hərəkətləri hələ gərginləşmənin başlanğıc mərhələsidir. Azərbaycan bizi rahat buraxmayacaq”.
L.Şirinyan Azərbaycanın Prezidenti İlham Əliyevin YAP-ın son qurultayında İrəvanla bağlı çıxışına diqqət çəkib:
“Prezident bu çıxışında Azərbaycanın hərbi, siyası planlarını, hərbi doktrinasını elan edib. Əgər Ermənistan rəhbərliyi siyasi oyunları kənara qoyub bu məsələlərə ciddi yanaşmasa, Azərbaycan bizim daxilimizə doğru hərəkət edəcək. Hədəf İrəvan olacaq”.
Rusiya, Türkiyə və Azərbaycan münasibətlərinə toxunan L.Şirinyan tarixin yenidən təkrar olunduğunu, dünyada gedən proseslərdə Rusiya-Türkiyə maraqlarının yaxınlaşması ilə Ermənistanın 1920-ci illərdə olduğu kimi yenidən məhv ola biləcəyini vurğulayıb:
“Bu, Rusiya himayəsinin Ermənistana güvən vermədiyi gerçəyini başa düşən Ermənistan rəhbərliyinin Amerikaya sığınması, qondarma DQR-in “rəhbəri” Bako Saakyanın ABŞ-a səfər edərək orada özünə siyasi və maddi himayədar axtarması fonunda açıq görünür. Ermənistan rəhbərliyi başa düşməli idi ki, Ermənistan Türkiyə və Azərbaycan faktoruna görə Rusiyaya lazım idi. İndi və gələcəkdə strateji maraqların uzlaşması çərçivəsində Ermənistan uzun müddət Rusiyanın yadına düşməyəcək. Bu da Ermənistanın məhvi deməkdir”.
Erməni politoloq Ermənistanda hazırkı ictimai-siyasi vəziyyətdən də söz açıb:
“Ermənistanda elə bir vəziyyət yaranıb ki, guya parlament və baş nazirlik sistemi qurulub. Əslində isə Serj Sərkisyan hakimiyyətini yenidən qurub, sahmana salır. Parlament hakimiyyəti qurulsa da, parlamentin hakimiyyətindən yox, ancaq baş nazirin hakimiyyətindən danışırlar”.
Qeyd edək ki, Azərbaycan ordusunun mart ayının 12-dən başlayaraq 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başlaması Ermənistanda ciddi narahatlıq yaradıb.(axara.az)

9488 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
18-07-2018
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___