Ağcabədidə maşının şüşəsini qırıb, qızı qaçırdılar - VİDEO
Tarix: 28-02-2018 | Saat: 11:29
Bölmə:M / Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Avtomobilin şüşəsini sındıraraq 21 yaşlı tələbə qızı qaçırıblar.
Hadisə 3 gün əvvəl Ağcabədinin Səməd Vurğun küçəsində baş verib.
Məlumata əsasən, qız dərsdən evə qayıdarkən bir qrup şəxs tərəfindən zorla qaçırılıb.
7 nəfər oğlan avtomobilin şüşələrini sındırıb qızı maşından çıxarıblar.
Laçın rayonundan məcburi köçkün olan 21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir. Qızın yaxınları iddia edirlər ki, onu zorla qaçırıblar.
Qeyd olunub ki, bir müddət əvvəl İsmayıllı rayonunda məskunlaşmış, Laçın rayonundan olan bir ailədən Sevinc Musayeva üçün elçiliyə gəliblər. Qızın anası elçilərə "yox" cavabı verib. Hadisə bundan sonra baş verib. Qızı qaçıran tərəf Sevincin valideynlərinə gənclərin ailə qurmalarına icazə vermələrini xahiş edib. Amma Musayevlər ailəsi qızın özünün də həmin ailəyə gəlin köçmək istəmədiyini deyib.
Qızından xəbər ala bilməyən valideynlər hüquq-mühafizə orqanlarına məlumat veriblər. Rayon polis şöbəsindən verilən məlumata görə, faktla bağlı cinayət məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi açılıb. Həm qızın, həm də onu qaçıran oğlanın tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
6138 dəfə oxunub.
Digər xəbərlər

3-02-2016, 14:40
Azərbaycanda dərmanların qiyməti kəskin ucuzlaşacaq
14-11-2017, 13:31
Evli kişi ilə evli qadın dost ola bilərmi? – ALİMLƏRİN RƏYİ
4-12-2020, 11:45
Əsas itkilərimizi burada vermişik - Polkovnik
15-02-2017, 18:11
Renka Türkiyədə ilkə imza atdı - video
9-05-2018, 10:50
Sabah Bakıda bu yollar bağlı olacaq - Siyahı
20-12-2021, 08:16
"Omikron" təhlükəsi Azərbaycanın bir addımlığında - XƏBƏRDARLIQ EDİLDİ
18-02-2022, 11:42
Bakıda taksi sürücüsü əxlaqsızlığı DAVAM EDİR! - "Bu "Uber" sürücüsü cəzalanmalıdır"
20-05-2019, 13:02
Bakıda DƏHŞƏTLİ QƏTL: keçmiş arvadının təzə ərini öldürdü,qızını isə...
1-03-2016, 15:45
6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu ilə bağlı – AÇIQLAMA
10-10-2016, 01:08
İsmayıllı Olimpiya Kompleksində alpaqut döyüş sənəti üzrə növbəti respublika turniri keçirilib