Nazir IX Astana İqtisadi Forumunda - Foto
Tarix: 25-05-2016 | Saat: 18:39
Bölmə:Karusel / İqtisadiyyat / Dünya / M2 | çapa göndər
Qazaxıstanın paytaxtı Astana şəhərində öz işinə başlayan IX Astana İqtisadi Forumunun işinə qatılan Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Forum çərçivəsində Cənubi Qafqaz, Mərkəzi Asiya və digər dövlətlərin iştirakı ilə təşkil olunan regional iqtisadi “dəyirmi masa”da iştirak edib.
"Xəbəraz.az "aliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qazaxıstanın Baş naziri Kərim Məsimov və Beynəlxalq Valyuta Fondunun (BVF) Baş sərəncamçı direktoru xanım Kristin Laqardın sədrliyi ilə keçirilən konfransda region ölkələrinin üzləşdiyi qlobal maliyyə böhranının yeni dalğasının fəsadları nəzərdən keçirilib, yaranmış çağırışlar ətrafında müzakirələr aparılıb.
Müzakirələrdə iştirak edən S.Şərifov Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi altında xarici iqtisadi şokların ölkənin makroiqtisadi vəziyyətinə mənfi təsirlərini yumşaltmaq məqsədilə görülən tədbirlər, eləcə də həyata keçirilən iqtisadi islahatlar haqqında geniş məlumat verib.
Konfrans çərçivəsində S.Şərifov BVF-nin Baş sərəncamçı direktoru xanım Kristin Laqard ilə görüşüb. Görüş zamanı Azərbaycanın makroiqtisadi vəziyyətinin tarazlaşdırılması, neftin qiymətinin azalması şəraitində qonşu dövlətlərdə aparılmış kəskin devalvasiya tədbirləri ilə bağlı olaraq yerli istehsalçıların maraqlarının, habelə ölkənin valyuta ehtiyatlarının qorunması məqsədilə milli valyutanın məzənnəsinin dəyişmiş makroiqtisadi mühitə uyğunlaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılmış addımlar BVF tərəfindən dəstəklənib.
Eyni zamanda, BVF ilə Azərbaycan hökuməti arasında IV Maddə üzrə məsləhətləşmələr missiyasının hazırda Azərbaycanla texniki əməkdaşlıq sahəsində mövcud əlaqələri müzakirə etdiyi qeyd olunub və bu əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb, aparılan iqtisadi islahatlarda BVF tərəfindən müvafiq ekspertlərin iştirakı və lazımi texniki dəstəyin göstərilməsinə qarşılıqlı maraq ifadə olunub.
Xəbəri paylaş
6138 dəfə oxunub.
Digər xəbərlər

21-10-2016, 18:33
"07" əvvəl beton səkiyə, daha sonra işıqfora çırpıldı: 2 yaralı - YENİLƏNİB - VİDEO
12-10-2015, 20:56
Rusiyada prokuror müavini müstəntiqi zorladı
16-04-2018, 15:54
Alpinistlərin axtarışı yenə çətinləşdi - Xınalığa 40 santimetr qar yağıb
6-09-2019, 11:40
Nazir Əzimovu rəis TƏYİN ETDİ
30-04-2016, 14:01
Prezident millət vəkilinə tapşırıq verib
19-06-2016, 18:48
Ərdoğan və Gül bir arada - Foto
21-04-2016, 18:18
Metropoliten ötən ili 28 milyon manatlıq zərərlə başa vurub
19-08-2018, 14:44
HACI QULİYEV MƏTANƏT ƏSƏDOVAYA DƏSTƏK ÇIXDI !
25-03-2017, 10:57
ABŞ-da təyyarə evin üstünə düşdü
17-02-2016, 17:10
Avropa Məhkəməsi Kəlbəcər girovlarının müraciətinə baxmaqdan imtina edib