Deputatın anası onu məhkəməyə verib?
Tarix: 08-02-2018 | Saat: 20:16
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
99 saylı Şəmkir kənd Seçki Dairəsindən deputat seçilən Sona Əliyevanın anası Bəşirə Əliyeva mətbuata açıqlamasında bəzi iddialar səsləndirib.
B.Əliyeva “Azpolitika” saytına açıqlamasında bildirib ki, qızı Sona Əliyeva həyat yoldaşı mərhum Sakit Əliyevin bütün əmlakını ələ keçirib.
Qadın qeyd edib ki, həyat yoldaşı Sakit Əliyev bir müddət öncə vəfat edib. Əmlakın ədalətli bölünməsi üçün oğlu ilə birgə məhkəməyə müraciət edib.
Bəşirə Əliyeva
İddiaya görə, deputat “mənim toxunulmazlığım var, mənə heç kim heç nə edə bilməz” deyərək bir qardaşını işdən qovdurmaq, digərini tutdurmaqla hədələyib, anasını isə “ağlını itirməkdə” ittiham edərək evindən qovub.
Sona Əliyeva “açıqlamasında hazırda xaricdə olduğunu deyib: “Bütün bu iddialar uydurmadır, qardaşım məsələyə aydınlıq gətirəcək”.
Deputatın qardaşı, Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsinin rəis müavini Adil Əliyev açıqlamasında artıq problemin həll edildiyini deyib: “Bizim ailəmizdə heç bir narazılıq, problem yoxdur. Hər şey qaydasındadır. Mən o işlərə qarışmıram, xırda bir münaqişə olub. O da həll edilib. İşimlə bağlı başqa evdə oluram, həmin evdə qalmıram. Anam, bacım və qardaşımla aramızda heç bir problem yoxdur”.
Xəbəri paylaş
5378 dəfə oxunub.
Digər xəbərlər

24-12-2015, 09:28
Gənc Qızı Əvvəl Soyub Sonra Dəqiqələrlə Döydülər VİDEO +18
29-10-2015, 19:09
16 yaşlı qız itkin düşdü - Bakıda
12-03-2022, 11:29
Azərbaycanda FACİƏ: Ər-arvad evdə yanaraq öldü
20-08-2016, 01:23
Azərbaycanda tanınmış QHT sədri yol qəzasında həlak olub
14-01-2022, 02:00
Uşağa qarşı zorakılıq bu bağçada baş verib - VİDEO (YENİLƏNİB)
27-07-2016, 00:31
Maşın nömrələri ilə bağlı yenilik - Video
22-12-2015, 16:32
Liftdə qadınlara hücum edən seksual manyaka rəhm olunmadı – FOTO
24-04-2016, 12:25
Futbolçumuz oynadı, komandası qalib gəldi