Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
DİQQƏT: Telefon nömrənizi yazıb sizi ifşa edə bilərlər
Tarix: 5-02-2018, 18:59 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Gündəm / Texnologiya | çapa göndər

DİQQƏT: Telefon nömrənizi yazıb sizi ifşa edə bilərlər
Hansısa bir mobil nömrənin sahibini tapmaq artıq müşkül məsələ deyil. Bunun üçün xüsusi proqramlar mövcuddur.
Belə ki, həmin proqrama istənilən nömrəni daxil etməklə onun kimə məxsus olmasını tapmaq olur. Lakin siyahıda nömrənin rəsmi sahibinin adı yox, telefon kitabçalarında qeyd olunan adlar çıxır.
Eyni zamanda, bu proqram hər iki tərəfdə varsa, axatarış edən zaman həmin adama nömrəsinin kimin tərəfindən axtarıldığı məlumat bildirilir. Bu kimi hallar ailədaxili problemlərin yaranmasına belə gətirib çıxara bilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, mobil nömrənin “GetContact” bazasından silinməsi mümkündür:
““GetContact” adlanan mobil tətbiqetmə telefona yükləndikdən sonra “Telefon nömrəsi” və “Facebook” hesabı ilə proqramda qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyatdan sonra “GetContact” istifadəçinin kontaktlarına və mesajlarına daxil olmaq üçün icazə istəyir. Giriş icazəsinin verilməsi istifadəçinin kontaktında olan nömrələrin müəyyən bazalarda saxlanılması və üçüncü tərəfə ötürülməsi deməkdir. Bu da gələcəkdə mobil nömrəyə spam mesajların, arzuolunmaz zərərli kontentin daxil olmasına, şəxsi məlumatlarınızın bədəməllərin əlinə keçməsinə gətirib çıxara bilər. İstifadəçi tətbiqetmədə qeydiyyatdan keçməsə belə, onu telefonuna yükləyən şəxslərin kontaktında olan bütün nömrələr bazaya ötürülür. Bu həm də digər abunəçinin də hüquqlarının pozulmasına yol açır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Xidməti bildirir ki, tətbiqetmənin quraşdırıldığı telefonlarda proqramın Tənzimləmələr (Settings) bölməsindən istifadəçiyə aid müvafiq hesabı silmək (remove account) mümkündür.
Daha sonra mobil nömrənin “GetContact” bazasından silinməsi üçün istifadəçihttps://www.getcontact.com/en/unlist vebsaytında nömrəni “Unlist” bölməsində yazaraq siyahıdan çıxara bilər".
İKT Mərkəzinin direktoru Fərid Kazımov açıqlamasında qeyd edib ki, telefon nömrələrinin sahiblərini müəyyənləşdirən proqramları 2 yerə bölə bilərik:
“Əsas istifadədə olan tədbiqlər açıq mənbələrdən telefon nömrələrini müəyyənləşdirir. Məsələn, zəng etdiyiniz adam nömrənizi bilmirsə, bu zaman həmin proqram nömrəni axtarış edir. Nömrə internetdəki açıq mənbədə yerləşdirilibsə, bu zaman qeyd olunan adla göstərir. Bundan başqa, fərdi informasiya bazalarından istifadə etməklə işləyən tədbiqlər var. Bu proqramlar ümumi istifadədə deyil. Onlar informasiyaları oğurlamış mənbələrdən istifadə edirlər. Bu yolla hər hansı bir mobil operatorun məlumatları onlardan qeyri-rəsmi şəkildə alına bilər. Amma məsələ ondadır ki, Azərbaycan kiçik ölkədir. İnanmıram ki, bizdə bu proqramlardan istifadə olunsun. Hazırda istifadə olunan proqramlar isə açıq mənbələrdən aldıqları məlumatları istifadə edə bilirlər. Bu, bir tərəfdən yaxşıdır. Ona görə ki, sizə zəng gələn naməlum nömrəni bu şəkildə müəyyənləşdirə bilərsiniz. Amma əsas məsələ fərdi məlumatların oğurlanmamasıdır”.
Ekspertlər mobil nömrələrin bu yolarla axtarılmasını doğru hesab etmirlər.
(metbuat.az)

5038 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
14-02-2018, 13:26 Cəbhədən SON XƏBƏR

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___