PKK terrorçuları 30 azərbaycanlını saxladı - VİDEO
Tarix: 01-08-2015 | Saat: 15:22
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
“Hazırda sənədsiz qalan şəxslər Azərbaycan tərəfə keçə bilmirlər”.
Ötən gecə PKK terrorçularının Türkiyədə Qars-Ərzurum-İqdır magistral yolunu bağlayaraq girov götürdüyü 70 nəfər arasında azərbaycanlılar da var.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ANS PRESS-ə Türkiyədə təhsil alan Sənan Musayev adlı tələbə verib.
Onun sözlərinə görə, 70 nəfər arasında 30-a yaxın azərbaycanlı olub: “Avtobusda olanlar Ərzuruma müalicə məqsədi ilə gediblər. Avtobusda olanlar arasında mənim qardaşım Səbri də var. PKK üzvləri onların əlindən sənədləri və pulları alandan sonra buraxıblar. Hazırda sənədsiz qalan şəxslər Azərbaycan tərəfə keçə bilmirlər”.
Səbri Musayevin özünün verdiyi məlumata görə isə PKK-nın saxladığı avtobus Türkiyədən Naxçıvana gəlirmiş: “Türk şirkətinə məxsus avtobusda məndən başqa 30-35 azərbaycanlı olub. Bizi 5 saat girov saxladıqdan sonra buraxıblar. Daha sonra bəzi sərnişinlərin pasportlarını qaytarıblar. Bəziləri isə avtobusda qalıblar”.
Tələbənin sözlərinə görə, terrorçular sərnişinləri düşürdükdən sonra avtobusu dərədən aşırıblar: “İndi onu çıxarmaq üçün texnikanı gözləyirlər”.
S.Musayev deyib ki, onların məqsədləri camaatı qorxutmaq olub: “Bizi saxladıqları müddətdə uşaqları dağa göndərməyi, hakim partiyaya qarşı mübarizəyə çağırışlar etdilər”.
“İHA”nın verdiyi məlumata görə, 70 girovu 2 saat sonra azadlığa buraxan terrorçular Kağızman bələdiyyəsinə məxsus avtobusu və 3 TIR-ı od vuraraq yandırıblar. Polis və jandarm qüvvələri bölgədə təhlükəsizlik tədbirlərini gücləndirib.
Xatırladaq ki, iyulun 17-də PKK Naxçıvanla sərhəddə qorxu dolu anların yaşanmasına səbəb olub. İftar vaxtı bir qrup terror təşkiları üzvü İğdırdan Naxçıvana sərhəd-keçid məntəqəsi olan Dilucuya gedən yolu kəsib. PKK üzvləri yoldan keçən TIR-ı saxlayıblar. Onlar sürücünü maşından düşürdükdən sonra avtomobilə od vurublar.
Terror təşkilatı mütəmadi olaraq Qars-Ərzurum-İqdır magistralında avtomobillərər hücum edir, maşınları yandırır.
Türkiyədə iyul ayının 20-də Şanlıurfanın Suruc rayonunda 32 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra genişmiqyaslı antiterror əməliyyatı başlayıb. Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aksiyalar keçiriblər. Türk Hava Qüvvələrinə məxsus qırıcılar terrorçuları bombalayıblar.
Xəbəri paylaş
6678 dəfə oxunub.
Digər xəbərlər

30-07-2016, 09:37
Pendir yedi, əlil oldu - VİDEO
11-01-2016, 13:52
Azərbaycanlı prodüserə ağır itki üz verdi
28-12-2015, 16:54
Səudiyyə Ərəbistanı iflas ola bilər
28-06-2021, 13:15
Novxanıda "Ləman Ailəvi İstirahət Mərkəzi"-də QOÇUXANA... - VİDEOFAKT
31-03-2018, 22:21
Keçmişin acılarını bugündə yaşayanlar..
12-05-2016, 16:22
Bakıda oğlan anası ilə birləşib 14 yaşlı qızı qaçırdı...
11-01-2023, 11:56
Məhəmmədidə yaşayış binasında güclü yanğın - FOTO
11-09-2022, 16:12
Sabahın hava PROQNOZU: Yağış yağacaq, şimşək çaxacaq
13-04-2017, 12:53
Qubada sərnişin avtobusu aşıb, xəsarət alanlar var
22-11-2022, 13:30
Aysundan Zaurun sualına qəribə reaksiya - Tərlədim burda, gəl belə edək... - VİDEO