İlham Əliyev Barak Obamaya məktub göndərdi
Tarix: 03-07-2015 | Saat: 18:42
Bölmə:M / Karusel / Siyasət / M2 / Təbriklər | çapa göndər
"Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərə böyük əhəmiyyət verir"
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya təbrik məktubu ünvanlayıb.
Xeberaz.az sizə həmin təbrik mesajını təqdim edir:
Təbrikdə deyilir: "Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərə böyük əhəmiyyət verir. Ölkələrimiz arasındakı əlaqələr hərtərəfli və dinamik inkişaf yolu keçərək bir çox sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Avropanın və bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfəmiz, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığımız, eləcə də dünyanın ən qaynar nöqtələrində beynəlxalq birliyin sülhyaratma missiyasında iştirakımız bu münasibətlərin bariz nümunələridir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, işğal olunmuş ərazilərimizin azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma torpaqlarına qayıtması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin tezliklə nəticə verəcəyinə bizim böyük ümidlərimiz var.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Amerika xalqına daim sülh və rifah arzulayıram".
Xəbəri paylaş
7148 dəfə oxunub.
Digər xəbərlər

13-11-2017, 14:03
Nar şirəsini belə için. QAYDALAR
21-02-2016, 10:43
Dörd dəfə nişanlanıb, amma... - FOTOLAR
12-03-2021, 10:14
Elgiz Əkbərin evinə oğru girdi - VİDEO
2-05-2018, 18:36
"Efirə hallı gəlirlər" - Zaur
10-05-2016, 20:43
Sarkisyan Zalberlə Qarabağdan danışdı
29-06-2016, 23:11
Cavid Qurbanovdan daha bir yenilik
30-03-2022, 10:31
Səkkizinci övladı olacaq
11-11-2019, 12:59
Avtobusa hücum olundu - FOTO
28-07-2016, 10:28
Bakıda polis qəza törətdi: yaralılar var