Erməni əsirliyində olan azərbaycanlı qadınların sayı açıqlandı
Tarix: 24-11-2017 | Saat: 16:55
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
"İtkin düşən Azərbaycan qadınlarının taleyi məni çox narahat edir və mən bütün beynəlxalq təşkilatları bu məsələyə xüsusi diqqət ayırmağa çağırıram".
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınlara qarşı zorakılığın qarşısının alınması üçün keçirilən beynəlxalq kampaniyaya həsr olunan tədbirdə deyib.
Onun sözlərinə görə, hazırda 265 qadın itkin düşüb, 98 qadın isə girovluqdadır.
H.Hüseynova qeyd edib ki, nisbətən daha aztəminatlı, sağlamlıq imkanları məhdud , qaçqın və məcburi köçkün qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir: "Gender əsaslı zorakılığa qarşı mübarizə aparmaq üçün daha effektiv mexanizmlərin yaradılmasına ehtiyac var".
H.Hüseynova bildirib ki, qadın və qızların səlahiyyətləndirilməsində, eləcə də gender əsaslı zorakılıqla mübarizə istiqamətində çox iş görülüb: "Lakin hələ də qarşımızda görülməli işlər var. Zorakılıq faktına görə hər birimiz məsuliyyət hiss etməliyik".
H.Hüseynova qeyd edib ki, bütün dünyada insanlar gender əsaslı zorakılıqla mübarizə aparmağa, mövcud olan stereotipləri dəyişməyə, qanunvericiliyi təkmilləşdirməyə və imkanları genişləndirməyə çalışır. Bu istiqamətdə müvafiq dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə səmərəli fəaliyyətin gücləndirilməsinə xüsusi önəm verilir. Burada məqsəd ictimaiyyətin diqqətini bir daha həmin problemə cəlb etmək və cəmiyyətdə mövcud yanaşmanı dəyişməkdir.
Xəbəri paylaş
1 0128 dəfə oxunub.
Digər xəbərlər

13-04-2017, 11:51
Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək
16-07-2018, 17:23
Bakıda yolun çökmə səbəbi BƏLLİ OLDU
30-11-2018, 15:22
Cinsi zəifliyi aradan qaldıran TƏBİİ VASİTƏLƏR
13-08-2016, 17:14
Sevgilinizi düzgün seçmisiniz? - 5 İŞARƏ
15-12-2016, 14:51
Bakıda ər küçədə arvadını öldürüb - Sonra isə...
17-03-2016, 21:12
Bu da Günay Musayeva - Biabırçılıq - FOTO
24-08-2022, 12:28
Emin Əmrullayev: ''Bəzən valideynlər sırf daha yaxşı görünsün deyə rus bölməsini seçirlər''
21-07-2015, 00:38
Rusdilli qızların romantik cihadı...
26-10-2015, 15:30
Adnan Oktarın “kediciyi”ndən qalmaqallı fotolar
8-01-2016, 21:13
Akif Çovdarovun "haqq" qoymaq istədiyi daha bir iş adamı üzə çıxdı