Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusdilli qızların romantik cihadı...
Tarix: 21-07-2015 | Saat: 00:38
Bölmə:Karusel / Dünya / M2 / Foto-fakt | çapa göndər

Rusdilli qızların romantik cihadı...
“Bu, sosial şəbəkələrdə sizə təsvir edilən həyata heç bənzəmir".
Ötən həftə terrorçu “İslam Dövləti” (İŞİD) təşkilatının rusdilli təəssübkeşlərinin sosial media hesablarında bir post yayılıb.

Həmin postda Suriya və İraqın bu təşkilatın nəzarətində olan ərazilərində yaşamağın romantikləşdirilməsi sərt tənqid edilir.

Post ilk olaraq iyulda bir İŞİD döyüşçüsünün “VKontakte” sosial şəbəkəsindəki hesabında yerləşdirilib. Həmin döyüşçünün ləqəbi Cindullahdır, özü Şimali Qafqazdandır.

Suriya və İraqda döyüşən yaraqlıların həyat yoldaşı olmaq arzusu ilə yaşayan qızlara ünvanlanan postda deyilir: “Siz doğrudanmı Fərat çayının sahilində öz həyat yoldaşınızla rahat gəzəcəyinizi təsəvvür edirsiniz? Allah xatirinə, bu romantizmi bir kənara qoyun. Yaxşısı budur, onu illüziya qəbirisitanlığında birdəfəlik dəfn edin”.

Postun müəllifi bildirir ki, döyüşçü arvadı olmaq xəyalı ilə yaşayan qızların illüziyaları elə ilk bombardmanda puç olacaq: “Bu, sosial şəbəkələrdə sizə təsvir edilən həyata heç bənzəmir. Siz burada sınaqdan keçəcəksiniz və əsl sınaq nədir biləcəksiniz”.

Postun yerləşdirildiyi hesab artıq bağlıdır. Ancaq post “VKontakte” və facebook sosial şəbəkələrində geniş yayılaraq, çoxlu müsbət şərh qazanıb.

Şərhlərin çoxunda deyilir ki, İŞİD-in təbliğ etdiyi cihad həyatı ilə Suriyadakı real həyat arasında böyük fərq var. Xüsusilə də qadınlar üçün...

Bəzi qadın döyüşçülər də deyilənlərlə razılaşıblar.



“VKontakte”dəki hesabında olduğu yeri Hələb şəhəri kimi göstərən İmara Hasanova yazıb: “Sərt, amma doğru yazılıb”.

Cihadın reallıqlarını dərk edə bilməyən qadınları tənqid etmək məqsədi daşıyan sözügedən postda həm də cəsur döyüşçülər üçün şərtlərin nə qədər ağır olduğu qürur mənbəyi kimi tərənnüm olunur.

Postda açıq şəkildə deyilir ki, İŞİD-in nəzarətində olan torpaqlara hicr etmək əsla romantik deyil: “Əksinə, bu, bir neçə saat öncə bir-biri ilə zarafatlaşan qardaşların cəsədləri və ələ gəlməyən əzaları deməkdir”.

“Yanında doğma qardaşının şəhid olduğunu görəndə...”

Postun İŞİD-in rusdilli təəssübkeşləri arasında geniş müzakirə olunaraq bəyənilməsi bu terrorçu təşkilatın rəsmi təbliğatını alt-üsr edir.

Təşkilat iddia edir ki, cihad savaşı gedən ərazilərə hicr edənlər nə qorxu, nə də kədər hiss edəcəklər: “Müharibənin çətinliklərinə baxmayaraq mücahidlər kafirlərə qarşı tarixi döyüşdə iştirakdan zövq alacaqlar. “Cihada qalxanlar qəm-qüssəli olmamalıdırlar...”

Ancaq Suriyada Kobani, İraqda isə Baiji ətrafındakı son döyüşlərdə əvvəlkindən xeyli artıq itki verən İŞİD yaraqlıları sosial media hesablarında əsl hisslərini bölüşməyə başlayıblar.

Artyom adlı bir qazax yazır: “Allaha and olsun ki, yanında qardaşının şəhid olduğunu görəndə bir an olsun bu dünyada qalmaq istəmirsən. Dünyanın əsl mahiyyətini başa düşürsən. Onun mənasızlığını anlayır, onu mümkün qədər tez tərk etməyə çalışırsan”.

Suriyada döyüşən rusdilli yaraqlıların həyat yoldaşı tapmaqda çətinlik çəkmələri ilə bağlı şikayətlərindən sonra sosial mediada müsəlman qadınlara Suriyaya hicr etmək çağırışları artmışdı. Həmin çağırışlarda bunun təhlükəli və çətin bir iş olduğu qeyd edilsə də əsasən romantik və tarixi bir missiya olduğu vurğulanırdı.


Xəbəri paylaş

6798 dəfə oxunub.

Digər xəbərlər
5-02-2019, 14:33 Prezident sərəncam verdi

bütün xəbərlər
____ Instagram ___