Bakı metrosunun ən dəhşətli faciəsindən 22 il ötdü
Tarix: 28-10-2017 | Saat: 10:59
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
1995-ci ilin bu günü Bakı metrosunun ən dəhşətli faciəsi baş verib.
Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həlak olub. Onlardan 126 nəfəri qadın, 28-i uşaq və 3-ü xilasedici olub. İnsident nəticəsində bəzi mənbələrə görə 270, bəzilərinə görə isə 400 nəfər xəsarət alıb. Hadisə "Ginnesin rekordlar kitabı"nın ən dəhşətli metro qəzaları siyahısına düşüb.
Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
Hadisədə terror əməli aşkarlanmadı və o, texniki qəza kimi qiymətləndirildi. Belə ki, uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib. Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər. Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Prezident Heydər Əliyevin sərəncamı ilə ölkədə 3 gün matəm elan edilmiş; qəzada həlak olanların dövlət hesabına dəfn olunması və ailələrinə bir milyon manatlıq yardım verilməsi təmin olunmuşdur. Bu qəza "Ginnesin rekordlar kitabı" redaksiyasını ən dəhşətli metro qəzaları siyahısına yenidən baxmağa vadar etdi və "birincilik" Azərbaycana keçdi. Dünya ölkələrindəki heç bir metropolitendə indiyədək bu qədər geniş miqyaslı itki ilə nəticələnən qəza olmadığına görə, Bakı metrosundakı 28 oktyabr qəzası "Ginnesin rekordlar kitabı"na düşmüşdür. Baş nazirin müavini Abbas Abbasov o zaman mətbuata açıqlamasında qəzanın sırf texniki səbəbdən – avadanlığın köhnəlməsi ucbatından baş verdiyini bildirib: "Bakı metrosunda bəzi vaqonlar elə bərbad gündədir ki, adam hətta oturmağa qorxur."
Xəbəri paylaş
5278 dəfə oxunub.
Digər xəbərlər

29-07-2017, 12:09
Azyaşlı uşağı olanlara XƏBƏRDARLIQ: evdə kondisioner yandırmayın
25-02-2021, 22:51
Bu nazirliyə yeni səlahiyyət verildi - İlham Əliyevdən FƏRMAN
6-01-2016, 20:14
Sabah Bakının 3 rayonunda su olmayacaq
12-02-2017, 02:48
Azərbaycanlı futbolçu oyunda huşunu itirdi - Fotolar
17-11-2022, 13:19
2 həftə ardıcıl energetik içki içdi - Qaraciyəri sıradan çıxıb
3-11-2015, 17:21
Bakıda HƏYƏCAN: özünü çoxmərtəbəli binadan atmaq istəyir
9-09-2017, 11:01
Abid Şərifov qəzəbləndi: “Onu deyən qələt edir!”
20-04-2023, 10:22
DİQQƏT! May ayında 7 gün ardıcıl dərs olmayacaq - TƏQVİM
1-08-2023, 10:07
"Bəziləri həyatıma sevgidən çox burnunu soxurdu"