Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Abid Şərifov qəzəbləndi: “Onu deyən qələt edir!”
Tarix: 09-09-2017 | Saat: 11:01
Bölmə:Filmlər / Gündəm | çapa göndər


Bakıda işləyən AA seriyalı taksilərin baş nazirin müavini Abid Şərifova məxsus olduğu haqda məlumatlar yayılıb. Bildirilir ki, bu taksilərin hamısının nömrəsi 55-dir və 55 isə Şəki nömrəsidir. 

Məsələ həm mətbuatda, həm də sosial şəbəkələrdə müzakirələrə səbəb olub...

“Xəbərə görə, bu taksilər sürücülərə yalnız müqavilə əsasında verilir. Bəzi taksi şirkətləri gündəlik qazancı maşının pulu kimi hesablayırlar və müəyyən müddət tamam olduqdan sonra avtomobil sürücüyə qalır. Amma mənbəmiz deyib ki, bu qayda 55 nömrəli taksilərə aid deyil. Sürücü girov (və ya müəyyən miqdar pul) müqabilində taksini götürüb istifadə edir və gündəlik qoyulan haqqı verir”,-deyə “Yeni Müsavat” qəzeti də olaya şərh verib.
O da bildirilir ki, 55 nömrəli və AA seriyalı taksi Şərifovların Şəkidə qeydiyyata alınmış MMC-lərinə daxildir. Bu səbəbdən də Bakı nömrəsi deyil, Şəki nömrəsi ilə fəaliyyət göstərir. Xəbərdə iddia olunur ki, bu taksi sürücülərinin hamısına maşınların Abid Şərifovun biznesinə aid olduğu məlumdur. Amma xəbərdarlıq edilib ki, A.Şərifovun yüksək post tutması o demək deyil ki, sürücülər arxayın olub, qaydaları poza bilərlər... 


Xəbəraz.Az xəbər verir ki ,modern.az saytının əməkdaşı baş nazirin müavini Abid Şərifovla əlaqə saxlayaraq, ondan xəbərə münasibət öyrənməyə çalışıb.


Amma Abid Şərifovun xəbərə reaksiyası çox sərt olub.  Əməkdaşımıza acıqlı tonda cavab verən Abid müəllim bu haqda yazılanlara və xəbər yayanlara hiddətlənib.
“Onu yazan da, söyləyən də qələt edir”,- deyə əsəbiləşən Abid Şərifov telefonu qapadaraq, digər sualları cavabsız buraxıb...


Xəbəri paylaş

6888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___