Məhbuslar qaçıb, yoxsa qaçırılıb?
Tarix: 23-10-2017 | Saat: 16:30
Bölmə:M / Filmlər / Gündəm / Hadisə | çapa göndər
Ədliyyə Nazirliyi Penitensiar Xidməti qaçan məhkumlarla bağlı yayılan iddialara münasibət bildirib.
Mətbuat xidmətinin rəhbəri, polkovnik Mehman Sadıqov musavat.com-a açıqlamasında bildirib ki, səsləndirilən fikirlər sadəcə olaraq fərziyyə və iddiadır. “Hazırda bu işlə bağlı istintaq gedir. Suallara da istintaq cavab verəcək. Qeyd edilən hallara da hüquqi qiymət veriləcək” - deyə polkovnik M.Sadıqov qeyd edib.
Bildirək ki, bu gün Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş Etibar Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış Əli Ağami müşayiət altından qaçıblar. Mətbuatda və sosial şəbəkələrdə məhkumların necə qaçması ilə bağlı fərqli fikirlər səsləndirilir. İddia edilir ki, həmin məhkumların kənardan dəstək olmadan qaçması mümkün deyil. Hər iki şəxsin qaçırılması ilə bağlı da iddialar var.
Müsavat Partiyası başqanının həbs həyatı yaşamış müavini Yadigar Sadıqov da bu barədə fikirlərini sosial şəbəkədə yazıb. Dustaq olduğu müddətdə bir neçə dəfə qatarla aparıldığını qeyd edən Y.Sadıqov kriminal avtoritetlərin qaçışında kənardan köməyin olması ehtimalını istisna etməyib. “2 nəfər dustaq qatarından qaçıb. Dustaq qatarı ilə 8 dəfə Lənkərana, 5 dəfə Şirvana getmişəm. Kənardan kömək olmadan oradan qaçmaq mümkün deyil. Azərbaycan da kiçik ölkədir, qatara gecə minib, səhər düşürsən. Rusiya deyil ki, günlərlə yol gedəsən, yavaş-yavaş döşəməni mişarlayasan. Döşəmə də indi taxta deyil” - deyə Y.Sadıqov yazıb.
“Qafqazinfo” bir məsələni da vurğulamağı vacib hesab edir ki, bu fakt üzrə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Başlayan cinayət işlərindən birinin “vəzifə səlahiyyətlərindən sui-istifadə” haqda olduğunu nəzərrə aldıqda avtorritetlərrin qaçmasında digər şəxslərin iştirak etdiyini də söyləmək mümkündür.
Qeyd edək ki, həbsdən qaçan şəxslər hazırda axtarılır.
Xəbəri paylaş
1 1088 dəfə oxunub.
Digər xəbərlər

25-03-2015, 20:05
Murad Dalkılıç yerli məşhurlarla bir arada - foto
22-06-2021, 10:54
Toyla bağlı qoyulan qaydaları pozanlar cərimələnəcəklər - 200 manatdan 11 minə qədər
24-07-2015, 20:03
Rusiyanın mason lojasının böyük magistrı Qarabağa səfər edib – FOTO
6-11-2016, 11:57
Trampı səhnədən düşürdülər - MİTİNQDƏ HƏYƏCAN YAŞANDI
19-03-2023, 12:33
Yataq dəstini vaxtında dəyişdirməyənlərə XƏBƏRDARLIQ: Bu xəstəliklərə yoluxa bilərsiniz
31-05-2020, 09:13
ƏƏSMN-dən daha bir “yardım fırıldağı” - İşsiz statusu olan xanıma aktiv VÖEN-i olduğu bildirilib
21-01-2019, 14:27
Sabahın havası
27-06-2015, 22:46
İyunun 26-da şəhərdə 146 dinc sakin öldürülüb.
6-11-2023, 10:46
Şuşada dəhşətli hadisə: 5 nəfər yanaraq ölüb.