Prezident Cəlilabadda - FOTOLAR
Tarix: 02-09-2017 | Saat: 16:11
Bölmə:M / Karusel / Özünü Tanıd / Foto-fakt | çapa göndər
Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfərə gedib.
Prezident Cəlilabad şəhərində Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini dərin ehtiramla yad edib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda və ümumilikdə, rayonda görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, Heydər Əliyev parkı rayon sakinlərinin istirahət üçün üz tutduqları ən çox sevilən məkanlardan biridir. Burada fəvvarələr quraşdırılıb, müasir işıq dirəkləri və oturacaqlar qoyulub, yaşıllıq zolağı salınıb. Parkda sakinlərin istirahətlərinin səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb.
Daha sonra prezident Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib.
Azərbaycan Prezidenti yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxıb.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Bildirildi ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında 2008-ci ildə imzalanmış saziş əsasında aparılır. Yolun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin tikintisi yüksək keyfiyyətlə həyata keçirilib. 1B texniki dərəcəli və dörd hərəkət zolağından ibarət yolun eni 26,5 metrdir. Layihə çərçivəsində yol üzərində 10 körpü tikilib,142 dairəvi və düzbucaqlı boru inşa olunub, mal-qara keçidləri quraşdırılıb. Bu, yolda avtomobillərin rahat hərəkətinin tam təmin edilməsinə şərait yaradır.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident həmçinin əsaslı şəkildə yenidən qurulan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsinin açılışında da iştirak edib.
Xəbəri paylaş
6918 dəfə oxunub.
Digər xəbərlər

25-04-2015, 13:17
Amma mən Allaha yaxşı bəndəlik edə bilmirəm
5-04-2016, 11:19
Xalqın Haqq divanı başlayıb
18-04-2016, 21:24
KİKBOKSİNQ üzrə klublar arası açıq birincilik keçirilib-Gənclər quvvəsini sınadı-VİDEO
4-04-2017, 11:27
Rusiyada terror törədən şəxsin adı bilindi - VİDEO
10-06-2015, 14:39
Bakı 2015-in Açılışından yeni görüntü (VİDEO)
22-07-2020, 14:07
“Həkimlər də acizdir” – Meyxanaçı Kərimin son vəziyyəti
27-06-2015, 13:04
"Medal siyahısında hazırkı yerimizi qoruya biləcəyik"
29-05-2020, 20:13
“Ağın qara ilə qaranın ağdan üstünlüyü yoxdur” - Ərdoğan
11-06-2016, 14:46
Kürdlər yeni dövlət qurur: “Ölümsüz gəlin”