Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azad Rəhimov: Ağlıma belə gəlməzdi ki...
Tarix: 29-06-2015 | Saat: 16:47
Bölmə:M / Karusel / Gündəm / M2 | çapa göndər

Azad Rəhimov: Ağlıma belə gəlməzdi ki...
Nazir Bakını tərk edən qonaqların hava limanından zəng etdiyini deyib.
"Avropa Oyunlarına görə ölkəyə gələn minlərlə qonaq Azərbaycanı tərk edir. Onlar hava limanından bizə zəng edir və təşəkkürlərini çatdırırlar".

ANS PRESS-in məlumatına görə, bunu Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov bu gün I Avropa Oyunlarının yekunlarına həsr edilən mətbuat konfransında deyib.

O bildirib ki, ölkəmizi tərk edən qonaqlar razılıq edirlər. Nazir qeyd edib ki, iki ildən az bir vaxta çəkilən əziyyət sayəsində bu işi bacarmaq mümkün olub.

"Bağlanış Mərasimi göstərdi ki, Azərbaycan xalqının ürəyi doludur. Bakı Avropaya yaxındır. Azərbaycan idmançıları bu oyunlarda yüksək nəticə qazandı. Oyunların hər günü idmançılarımız medallar qazanırdı. Tamaşaçılar da Avropa Oyunlarına böyük maraq göstərdi. Mənim ağlıma gəlməzdi ki, ölkəmiz medal siyahısına görə ikinci pilləyə yüksələcək".

A.Rəhimov bu gün prezident İlham Əliyevin idmançıları və məşqçiləri yüksək mükafatlarla təltif etdiyini söyləyib: "Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da bu gün təltif edildi. Saymon Kleq isə fəxri "Dostluq" ordeni ilə mükafatlandırldı. Mən I Avropa Oyunlarında əziyyəti olan hər kəsi təbrik edirəm", - deyə nazir əlavə edib.


Xəbəri paylaş

6518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___