Aİ-92 markalı benzin bahalaşıb - RƏSMİ
Tarix: 15-07-2017 | Saat: 09:49
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Tarif Şurasının dünən keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib.
Tarif Şurasının Katibliyindən daxil olan məlumatda bildirilir ki, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, “Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.
Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar bu gündən qüvvəyə minir.
Tarif Şurası qeyd edib ki, tarif dəyişikliyindən sonra da “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.
Xəbəri paylaş
1 1578 dəfə oxunub.
Digər xəbərlər

30-06-2023, 16:48
Ayrılıq xəbərləri yayılan Xoşqədəmdən Doğuşla bağlı paylaşım - FOTO
18-01-2016, 17:45
“Bank of Azerbaijan”nın bank lisenziyası ləğv edildi
17-02-2017, 13:54
Oğlu olan valideynlərə 8 QIZIL MƏSLƏHƏT
27-11-2017, 10:03
La Ligada hakim səhvi-Barcelonanın qolu sayılmadı+FOTO
17-03-2015, 00:37
Terror aktı nəticəsində 4 nəfər ölüb Əfqanıstanda
19-02-2023, 13:01
Bakıda dəhşətli qətl: anasını doğrayaraq hissələrə ayırdı
30-09-2021, 10:46
Qubanın icra başçısının avropaya qədər uzanan sərvəti -Vəzifə alveri edir -ŞOK İDDİA
21-02-2017, 19:52
Məsciddən oğurluq edən şəxs tutulub - AĞDAMDA
21-04-2017, 16:26
ATV-də qalmaqallı görüntülər - Kanaldan açıqlama+VİDEO