Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
23 il əvvəl “Gənclik”ə 500 metr qalmış: 13 ölü, axtarışa verilən Balayan - TARİX
Tarix: 03-07-2017 | Saat: 13:18
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


Düz 23 il əvvəl, səhər saat 8.30-da Bakı metropolitenin “28 May” stansiyasından çıxıb “Gənclik”ə yön alan qatarın ikinci vaqonunda partlayış baş verdi. Partlayışdan sonra isə qatarı alov bürüdü. Nəticədə 13 nəfər həlak oldu, 58 nəfər yaralandı…
 
 
Azərbaycan xüsusi xidmət orqanları qısa müddət ərzində terrorçunun kimliyinə aydınlıq gətirə bildilər. Həmin şəxs Azərbaycan respublikasının vətəndaşı, Azər Aslanov idi. Tezliklə o, Moskvada həbs olunur və Azərbaycana ekstradisiya edilir.
Aslanov öz ifadələrində bildirir ki o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb,

 
İstintaq nəticəsində müəyyən edildi ki, 13 yanvar 1994-cü ildə Qarabağda erməni əsirliyindəykən, Azər Aslanov, Ermənistanda erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunur. Onu azad etmək bəhanəsi ilə 16 iyun 1994-cü ildə anası Tajibat Aslanova ermənilər tərəfindən Yerevana dəvət olunur. Azər Aslanova isə anasının girov saxlanıldığını və azad olunması üçün onun Bakı metropolitenində partlayış təşkil etməli olduğu bildirilir. Bundan sonra 3 iyul 1994-cü ildə, Yerevan - Mineralniye Vodi- Bakı marşrutu ilə Aslanov erməni xüsusi xidmət orqanlarının hazırladıqları saxta sənədlərlə Azərbaycana qəlir, terror aktını törədir və Ermənistana qayıdır. Yalnız bundan sonra onun girovluqda saxlanan anası azad edilir və onlar Ermənistanı tərk edirlər. Terror aktının təlimatçıları isə, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan idilər.
Aslanovun ifadələri əsasında, məhkəmənin qərarıyla Zori Balayana qarşı cinayət işi açılır. 1999-cu ildə Azərbaycan respublikasının baş prokurorluğunun təqdimatı əsasında Balayan İnterpolun xətti ilə beynəlxalq axtarışa verilir. Amma sonradan axtarış dayandırılır. Azər Aslanov isə ömürlük həbs cəzasına layiq görülür,

 
Həmin il Bakı metrosunda bir partlayış da baş vermişdi. Metropolitenin “20 yanvar stansiyasında baş verən terror nəticəsində 14 nəfər həlak olmuşdu, 49 nəfər isə yaralanmışdı. Yeri gəlmişkən, həlak olanların arasında Azərbaycan respublikasının xalq Artisti Rafiq Babayev da vardı.
İstintaq nəticəsində, terror aktını törətməkdə “Sadval” separatçı təşkilatının üzvləri həbs olunur. Araşdırma nəticəsində məlum olur ki, terrorçular Ermənistanda xüsusi xidmət orqanları ilə sıx əlaqədə olub, xüsusi təlim keçiblərmiş.
 
Amma daha dəhşətlisi hələ qarşıdaydı. 28 oktyabr 1995-ci ildə Bakı metropoliteninin “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olmuş, 270 nəfər yaralanmışdı. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir. Bu qəza sonradan tarixin ən böyük metro qəzası kimi Ginnesin Rekordlar Kitabına düşdü...




Xəbəri paylaş

1 3678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___