Ermənistan bir ölkə kimi dövlətçiliyini tam itirə bilər
Tarix: 19-03-2015 | Saat: 15:36
Bölmə:M / Karusel / Siyasət / Dünya / M2 | çapa göndər
Rusiya lideri Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyanın münasibətinin getdikcə pisləşməsi erməni analitikləri ciddi qorxutmağa başlayıb.
xeberaz.az-ın məlumatına görə, Serj Sarkisyanın son günlərdə Rusiyanın Azərbaycana silah satmasını tənqid etməsi xüsusilə bu qoxunu gücləndirib. Erməni şərhçilər bunu Moskvanın Ermənistanı yavaş-yavaş münaqişəyə cəlb etməsi kimi dəyərləndirirlər.
“Rusiyanın Azərbaycana silah satması Moskvanın Ermənistanı münaqişəyə çəkməsi üçün üsullardan biridir. Çox sayda başqa üsullar da var - qazın qiyməti qaldırılıb, Qərblə və İranla iri ticarət əməliyyatları qadağan edilib və s.”,- deyə tanınmış erməni şərhçi Naira Hayrumyan bildirir.
Hazırda Ermənistanda 10 mindən çox Rusiya hərbçisinin olduğunu vurğulayan şərhçinin sonrakı sözlərindən belə anlaşılır ki, Moskvanın əsas məqsədi bu Cənubi Qafqaz ölkəsini tam işğal etməkdir. Rusiya Ermənistanı tanınmamış Abxaziya ilə eyni səviyyəyə salmaq istəyir. Belə olan halda, artıq Ermənistan Avrasiya İttifaqının üzvü deyil, Rusiya Federasiyasının subyekti olacaq.
Tarixdə də bunun analoqları var. Məsələn, 2012-ci ildə Puerto-Rikoda keçirilən referendum nəticəsində ispandilli bu ölkə 51-ci ştat kimi ABŞ-a birləşdirildi. 1898-ci ildən ABŞ hərbçilərinin nəzarətinə keçmiş Puerto- Riko 1960-cı illərdə müstəqilliyə can atsa da heç cür ABŞ asılılığından xilas ola bilmədi. Çünki əhali kütləvi şəkildə əmək miqrantı kimi ABŞ-a yollandı, təkcə Nyu-Yorkda 1 milyona yaxın Puerto-Riko sakini işləyirdi.
İndi ermənilər də eyni yolu gedir və Rusiyada 1,5 milyona yaxın Ermənistan vətəndaşı yaşayır. Yəni Rusiyanın eyni ssenari ilə Ermənistanı birləşmiş əraziyə çevirməsi elə də uzaq deyil.
Xəbəri paylaş
6718 dəfə oxunub.
Digər xəbərlər

12-10-2018, 10:23
İlham Əliyevin prezidentlik dövrünün MÖHTƏŞƏM ZƏFƏR SALNAMƏSİ
3-04-2015, 23:54
Mahir Şükürov Türkiyədə məşqə buraxılmadı
28-05-2018, 11:34
İstanbulda körpü Azərbaycan bayrağına büründü
24-03-2022, 11:50
Sabaha gözlənilən hava proqnozu AÇIQLANDI
4-08-2021, 12:24
Lənkəranda baş verən yanğın söndürüldü - YENİLƏNİB
21-08-2017, 11:01
Aygün Kazımovanın çılpaq oğlanla FOTOSU yayıldı
16-10-2022, 10:21
Direktor məktəbin avadanlıqlarını yeni iş yerinə aparıb? - VİDEO
20-08-2017, 16:56
Azərbaycanda toy faciəyə döndü - Toy karvanındakı maşın 4 qonağı vurub qaçdı+ Fotolar